Avropadan Rusiyaya ultimatum: "Bir həftə vaxtınız var"
Bizi izləyin

Dünya

Avropadan Rusiyaya ultimatum: "Bir həftə vaxtınız var"

Avropa Birliyi liderləri bir həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayacaqları barədə razılığa gəliblər.

Publika.az-ın məlumatına görə, bu barədə Brüsseldəki sammitin sonunda Avropa Şurasının sədri German Van Rompey bildirib.

Onun sözlərinə görə, Avropa şurası Rusiyaya qarşı növbəti ciddi adımlar atmağa hazırdır. Buna görə də Avropa komissiyası bir həftə ərzində təcili hazırlıq işləri görmək və bu addımların atılması yönündə təkliflər irəli sürmək tapşırığı alıb.

Almaniya kansleri Angela Merkel isə əlavə edib ki, əyər Moskva bir həftə ərzində Ukraynaya müdaxiləni dayandırmasa və vəziyyət yaxşılaşmasa əksinə pisləşsə Rusiyanı yeni sanksiyalar təhdid edəcək.

Qeyd edək ki, AB-nin çoxluq təşkil edən liderləri Ukraynanın şimalında münaqişəni davam edən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi tərəfdarıdır.

Avropa komissiyasının sədri Joze Manuel Barrozu Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra Brüssel brifinqində bildirib ki, Avropa Birliyi Ukraynaya həm danışıqlar zamanı siyasi, eləcədə iqtisadi addımlarla dəstək olmağa hazırdır.

Avropa şurasının prezidenti German Van Rompey isə Poroşenkonu əmin edib ki, AB Rusiya Federasiyasının Ukraynadakı fəaliyyətinə ədalətli və adekvat qiymət verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm