Kreml Qərbə səsləndi: “Təhdid və ultimatumlardan imtina etmək lazımdır”
Bizi izləyin

Dünya

Kreml Qərbə səsləndi: “Təhdid və ultimatumlardan imtina etmək lazımdır”

“Moskva əmindir ki, ABŞ və Avropa Birliyi ilə münasibətlərdə praqmatik əməkdaşlıq yoluna qayıtmaq mümkündür”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Moskva Dövlət Universitetinin müəllimləri qarşısında çıxışı zamanı deyib.

“ABŞ və Avropa Birliyi ilə münasibətlərdə hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında praqmatik əməkdaşlıq yoluna qayıtmaq lazımdır. Amma bunun üçün, əlbəttə ki, təhdidlər, ultimatumlar və perspektivsiz sanksiyalar siyasətindən imtina etmək lazımdır”, - Lavrov deyib.

Rusiya xarici işlər naziri heç kimin Rusiyanı “Böyük yeddilik”dən çıxarmadığını, partnyorların, sadəcə olaraq, Soçidən yayındığını vurğulayıb. S.Lavrov Rusiyanın Ukraynaya hərbi müdaxilə etmədiyini və Moskvanın sülh danışıqlarını dəstəklədiyini bir daha bəyan edib.

Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun sülh planı yalnız “özünümüdafiə qüvvələri”nin məhv edilməsindən ibarətdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm