Qeletey: “Rusiya hibrid müharibəsini uduzdu”
Bizi izləyin

Dünya

Qeletey: “Rusiya hibrid müharibəsini uduzdu”

“Donbasın terrorçulardan azad olunması əməliyyatı başa çatıb, biz indi Rusiyadan qorunmalıyıq”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna müdafiə naziri Valeriy Qeletey “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiya “hibrid müharibə”ni Ukraynaya uduzub.

“Ukrayna silahlı qüvvələri Rusiyanın muzdlu dəstələrini əminliklə sıxışdırırdı, diversantları və xüsusi təyinatlı bölmələri məhv etdi. Məhz buna görə də Kreml Ukraynanın şərqinə nizami qoşunu ilə genişmiqyaslı müdaxilə etməyə məcbur oldu. Biz bu gün diviziyalarla döyüşürük, sabah bu, korpuslar ola bilər”, - Qeletey vurğulayıb.

Müdafiə naziri Ukrayna ərazisində Rusiya silahlı qüvvələrinin ən azı dörd taktik batalyonunun hərəkət etdiyini deyib. V.Qeletey bildirib ki, Ukrayna təcavüzkara cavab verməyə hazır olduğunu nümayiş etdirməlidir: “Rusiya Ukraynaya müdaxilə etdiyi üçün artıq ağır əvəz ödəyib. Yüzlərlə Rusiya əsgəri və zabit həmişəlik Ukraynanın qara torpağında sığınacaq tapdı. İtkilərin kritik dərəcədə artması Rusiyanı mütləq ayıldacaq. Amma bunun üçün biz göstərməliyik ki, ukraynalılar təslim olmağa hazırlaşmırlar. Bu, bizim Böyük Vətən müharibəmizdir və biz mütləq qalib gələcəyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm