Rusiya Kiyevin təklifinə qarşı çıxır
Bizi izləyin

Dünya

Rusiya Kiyevin təklifinə qarşı çıxır

Ukrayna Budapeşt memorandumunun zamin ölkələri ilə konsultasiyaları keçirmək niyyətindədir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin norveçli həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

Ukraynalı nazir Kiyevin bu istəyinə Rusiyanın qarşı çıxdığını deyib. “BMT nizamnaməsi və beynəlxalq hüquq baxımından Rusiya ərazisindən hər atəş faktı və Ukrayna ərazisində hər bir Rusiya hərbçinin ortaya çıxması Rusiyanın Ukraynaya qarşı təcavüz aktıdır. Buna beynəlxalq cəmiyyət uyğun şəkildə reaksiya verməlidir”, - Klimkin vurğulayıb.

Xatırladaq ki, Budapeşt memorandumu 5 dekabr 1994-cü ildə Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya arasında imzalanmış müqavilədir. Son üç ölkə nüvə silahından imtina qarşılığında Ukraynanın təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyünə zəmanət verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm