Müxalifət liderinin oğlu həbsxanada işgəncə ilə öldürüldü
Bizi izləyin

Dünya

Müxalifət liderinin oğlu həbsxanada işgəncə ilə öldürüldü

Suriyanın Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyasının rəhbərinin müavini Fayez Sara dünən oğlu Vissamın Suriya həbsxanalarından birində dünyasını dəyişdiyini bildirib.

Suriyanın Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyasının rəhbərinin müavini Fayez Sara dünən oğlu Vissamın Suriya həbsxanalarından birində dünyasını dəyişdiyini bildirib.

Fayez Sara bu barədə öz Facebook səhifəsində yazıb: "Bizim və xalqımızın yaşadığı bütün məşəqqətlərdən, həbslərdən, ölümlərdən, qaçqınçılıq həyatından və dağıntılardan sonra bu gün bizə bildirdilər ki, iki ay əvvəl həbs olunan Vissama Dəməşqdəki hərbi hissələrdən birindəki həbsxanada ölənədək işgəncə verilib".

Fayez Sara bildirib ki, oğlu Suriya hakimiyyətinə qarşı çıxsa da, döyüş əməliyyatlarında iştirak etməyib.

Ölən gəncin 27 yaşı vardı, onun iki uşağı qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm