NATO : “Bu, hər bir ölkənin milli qərarıdır”
Bizi izləyin

Dünya

NATO : “Bu, hər bir ölkənin milli qərarıdır”

“NATO bir ittifaq olaraq Ukraynaya hərbi avadanlığın çatdırılmasına cəlb edilməyib. Çünki biz hərbi imkanlara malik deyilik”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri NATO baş katibi Anders Foq Rasmussen Ukraynanın silah köməyi üçün xahişini şərh edərkən deyib.

NATO baş katibi Ukraynaya silah və hərbi avadanlıqların çatdırılmasının hər ölkənin milli qərarından asılı olduğunu, üzv ölkələrin müstəqil qərarlarına qarışmayacaqlarını bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Brüsseldə səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko yalnız ölkəsi üçün deyil, bütün Avropa üçün döyüşdüyünü bildirərək Qərb ölkələrindən silah yardımının edilməsini istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm