Fiziki qüsurlu uşaqlar üçün yeni məktəb
Bizi izləyin

Dünya

Fiziki qüsurlu uşaqlar üçün yeni məktəb

Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi yaradılıb.

"Qafqazinfo" xəbər verir ki, distant tədrisə muxtar respublikanın şəhər və rayonlarından 19 nəfər sağlamlıq imkanı məhdud uşaq cəlb edilib. Bu uşaqların təhsili ilə xüsusi hazırlığa malik 4 müəllim məşğul olacaq. Həmin uşaqların ailələrinə notbuk və veb-kameralar verilib, mərkəzdə tədris sinifi yaradılıb.

Sinifdə intellektual-elektron lövhə, kompyuter, videokamera quraşdırılıb. Artıq bir neçə gündür ki, həmin uşaqlarla sınaq təlimlərinə başlanılıb. Yeni dərs ilinin başlanması ilə əlaqədar distant tədrisə cəlb edilən həmin uşaqlar da videobağlantı ilə dərslərdə iştirak edə biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm