“Daha çox ukraynalını öldürmək” – Kremlin planında daha nələr var?
Bizi izləyin

Dünya

“Daha çox ukraynalını öldürmək” – Kremlin planında daha nələr var?

Nyu-Yorkda mətbuat konfransı keçirən Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev Rusiyanın Donbas hövzəsinin genişmiqyaslı işğalına hazırlaşdığını bildirib. Diplomat Rusiya nümayəndələrinin Donetsk və Luqansk vilayətlərində kütləvi şəkildə rus pasportlarını paylamağa başladığını deyib.

“Rusiyanın son hərəkətləri Rusiyanın nəzarəti altında genişmiqyaslı işğala hazırlıqdan xəbər verir. Necə ki, bu Cənubi Osetiya və Abxaziyada baş verdi. Rusiyanın Donetsk və Luqansk vilayətlərində rus pasportlarını kütləvi şəkildə paylamağa başlayıb. Bu, Rusiya hakimiyyətinə “öz vətəndaşlarını müdafiə” adı altında Ukraynaya müdaxilə etməyə imkan verəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, “Ukraynskaya pravda” qəzeti, daha doğrusu ukraynalı ekspert Gennadiy Lyük ölkəsinin diplomatından fərqli düşünür.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin müharibədə finiş müharibə daxil olub. Ekspert onun daha irəli gedə bilmədiyini, eyni zamanda geri çəkilə bilmədiyini bildirir.

İki səbəb

G.Lyük düşünür ki, Ukraynanın genişmiqyaslı işğalı Putinə lazım deyil.

Birincisi, geniş əraziləri işğal edən ölkə oranı saxlamağı bacarmalıdır. Donbas hövzəsinin dotasiyalara ehtiyacı var, həmçinin müharibədə dağılan infrastrukturu bərpa etmək lazımdır. Rusiya iqtisadiyyatı özünü belə saxlamaq vəziyyətində deyil. Rusiyanın Krımı təmin edə biləcəyi də şübhə doğurur. Donbasın işğalı Rusiya iqtisadiyyatını uçurumun kənarına gətirib çıxaracaq. Bu isə Putin hakimiyyətinin sonunu gətirəcək. Məhz buna görə də Putinə Ukraynada genişmiqyaslı işğal lazım deyil.

İkincisi, əgər Rusiya Ukraynanın içərilərinə soxulacaqsa Ukraynanın artıq itiriləsi heç nəyi qalmayacaq. Ukraynanın tam əsası olacaq ki, Rusiyanın Avropaya axan qazı kəssin. Ukraynanın genişmiqyaslı işğalı yalnız o halda mümkündür ki, Putin hakimiyyət uğrunda mübarizədə qəti uduzacaq və “belə musiqi ilə ölmək” deyimi işə düşəcək.

Putin Ukraynanı dinc qoymaq istəmir

Rusiyanın Ukraynanın içərilərinə irəliləməsə də, Putin Ukraynanı daim təlaş içində saxlamağa çalışacaq.

Birincisi, Ukraynanın avrointeqrasiya kursu Putin hakimiyyəti üçün ölümcül təhlükəlidir.

İkincisi, Ukraynanın ümumi daxili məhsulunun kəskin azalması ona gətirib çıxara bilər ki, xalq Poroşenko hakimiyyətinə itaətsizlik nümayiş etdirsin.

Üçüncüsü, Kremlin inanılmaz təbliğatı Putini ucaltdı, onu “rus dünyası”nın qəhrəman müdafiəçisi səviyyəsinə qaldırdı. Ukraynanı rahat buraxmaq Putinin qəhrəman obrazının dağılmasına gətirib çıxara bilər.

Putin uzun müddət “hibrid müharibə” apara bilməz

Müvəffəqiyyətli “hibrid müharibə”nin davam etdirilməsi üçün lazım olan resurslar Rusiyada artıq tükənib. Rusiya desantçılarının bütöv bölmələri, motoatıcı və tank batalyonları yerli separatçıları təqlid etməyə çalışırlar. Putin hər hansı strateji irəliləyişə nail olmayıb. Eyni zamanda Avropa Rusiya təcavüzünə qarşı daha sərt sanksiyalara ehtiyacın olması barədə ucadan danışmağa başlayıb. İndiki formatda isə Putin uzun müddət hərəkət edə bilməyəcək. Putin üçün bir variant var. Bu variant Donbas hövzəsinin Ukrayna tərkibində qalmaq şərti ilə federasiya halına salınmasıdır. Nəticədə dağıdılmış Donbas Ukraynada qalacaq, amma de-fakto Donbasa nəzarət Rusiyanın əlində olacaq. Donbaz hövzəsi öz-özlüyündə tamamilə Rusiyaya lazım deyil, Donbas Ukraynaya təzyiq və təsir vasitəsi kimi çox lazımdır. Donbasın həm Ukrayna, həm də Rusiyanın tərkibində olması onu təsir aləti olmaqdan çıxardacaq.

Bu variantın baş tutacağı halda Moskva öz köməyini yenidən Kiyevə təklif edəcək. Əlbəttə ki, müəyyən şərtlərlə.

Amma...

Ancaq Ukraynanın federasiya halına salıması ilə bağlı Putinin planında əhəmiyyətli bir “çatışmazlıq” var. Bu planın Poroşenkonun xəyanəti olmadan reallaşdırılması mümkün deyil. Poroşenko ölkənin federallaşmasına razı olmalıdır. Putin Ukraynanı buna itələmək üçün mümkün olan resursları cəlb edib. Ukrayna sərhədlərindəki Rusiya ordusu daim nümayiş etdirməyə çalışır ki, Rusiya “indicə hücum edəcək”.

Rus qoşunları hətta Novoazovsk şəhərini ələ keçirdi və Ukrayna tərəfinə imkan verdi ki, Mariupolun müdafiəsinə hazırlaşsınlar. Rusiya qoşunları Herson və ya Odessanı hədəfə götürsəydi, çətin ki, belə bir taktikanı seçərdi. Əgər Rusiya prezidentinin hədəfində həqiqətən də genişmiqyaslı işğal olsaydı, milyardlarla dolları və qiymətli vaxtı xərcləməzdi. Rus artilleriyası, “Smerç”, “Qrad” və “Uraqan”ların əsas hədəf qorxutmaqdır. Daha çox ukraynalını öldürmək və şikəst etməklə öz istədiyi formada atəşin dayandırılmasına nail olmaq.

Təəssüf ki, açıq fərasətsizlik və ya Poroşenkonun generallarının xəyanəti Putinin bu qanlı kozırını əhəmiyyətli dərəcədə gücləndirdi. Açıq qorxutmaqdan başqa, Putinin hərəkətləri daha bir məqsəd güdür: Poroşenkonu xəyanətə hazırlamaq. Məsələn, Poroşenko Ukraynanı genişmiqyaslı işğal və çoxsaylı qurbanlarından xilas etmək üçün Putinin “federallaşma” planı ilə razılaşa bilər. Yəni, xəyanəti qəhrəman hərəkət kimi təqdim etmək olardı.

Təəssüf ki, Putin Poroşenkonun bütün səhvlərini görür və onlardan istifadə edir. Poroşenko Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanın radifikasiyası tarixini uzadır. Kiyev və Brüsselin bəyanatları hüquqi sənəd deyil. Antiterror güclərinin fərasətsiz və cinayətkar hərəkətləri ukraynalıları ağır itkilərlə üzləşdirir.

Poroşenkonun hər səhvi Putinin təzyiqinin davam etdirilməsi üçün dəstəkdir.

Bu təzyiqin son məqsədi Ukraynanı “federallaşma” adlanan xərçəng şişi ilə yoluxdurmaqdır.

Ukrayna prezidentinin vəzifəsi heç bir halda bu xəstəliyi yaxına buraxmamaqdır.

Putin dalana dirənib. Onun strateji perspektivi qalmayıb. Poroşenkoda isə pis-yaxşı perspektiv var. Amma o da dalana dirənə bilər. Görünür, çox tezliklə heç birinin geri çəkilmək üçün yeri qalmayacaq. Poroşenkonun geri çəkilməsi strateji məğlubiyyət anlamına gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm