“Sülh” öncəsi 100-dən çox separatçı öldürüldü
Bizi izləyin

Dünya

“Sülh” öncəsi 100-dən çox separatçı öldürüldü

Həm Kiyevdən, həm də separatçılardan sülh təşəbbüsləri səslənməsinə baxmayaraq, tərəflər arasında şiddətli döyüşlər davam edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, son döyüşlərdə separatçılara ağır zərbə vurulub.Ukrayna antiterror güclərinin sözçüsü Leonid Matyuxin Veseloe yaşayış məntəqəsi yaxınlığında 100-dən çox separatçı və 3 qaubitsanın məhv edildiyini bildirib.

“Antiterror gücləri terrorçuların baza düşərgəsinə zərbə vurub. Baza Veseloe yaşayış məntəqəsi yaxınlığında yerləşirdi. Nəticədə 100-dən çox separatçı və 3 qaubitsa məhv edilib”, - Matyuxin deyib.

Otən gecə isə Donetsk şəhər aeroportu uğrunda Ukrayna antiterror qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedib. Hazırda Ukrayna desantçıların nəzarətində olan Donetsk aeroportuna növbəti hücumdan sonra Rusiya ordusunun 7 hərbi qulluqçusunun tutulduğu bildirilir. Tutulanlardan biri zabit-topçudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm