“DXR”də “dövlət çevrilişi”nə cəhd edilib
Bizi izləyin

Dünya

“DXR”də “dövlət çevrilişi”nə cəhd edilib

Ukraynanın Donetsk vilayətində yaradılan “Donetsk Xalq Respublikası” separatçı qurumda “dövlət çevrilişi”nə cəhd olub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində bildirib.

“Terror təşkilatının Minskdə apardığı danışıqlarda əldə olunan razılaşmanı güzəşt hesab edən “Donetsk Xalq Respublikası”nın “dövlət təhlükəsizliyi naziri” Lenka Baranov bunu “dövlət çevrilişi” adlandırıb”, - Tımçuk yazıb.

Hərbi ekspertin sözlərinə görə, separatçı qurumun liderlərindən biri olan Vladimir Akinfeyev Donetskdə hakimiyyəti tutmağa çalışıb: “O bir neçə "naziri” vəzifəsindən kənarlaşdırıb və “Donetsk Xalq Respublikası” fəalları üçün həbs orderləri yazıb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm