Moldovanın bölünməsində növbəti addım
Bizi izləyin

Dünya

Moldovanın bölünməsində növbəti addım

Fevral ayının 2-də Modovanın tərkibindəki Qaqauz Yeri muxtariyyətində referendumun keçirilməsi muxtariyyət rəhbərliyi ilə Kişnyov arasındakı münasibətləri daha da pisləşdirdi. Referendum həm də Moldovanın növbəti dəfə parçalanmasına doğru daha bir addım idi.

Xatırladaq ki, Qaqauz Xalq Məclisi 27 Noyabr tarixində referendumun keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Bundan sonra Moldava Dövlət Dəftərxanasının ərazi idarəsi yerli məhkəməyə müraciət etmiş, 5 Dekabrda referendumun keçirilməsi haqqında qərarın icrasının dayandırılmasına, 3 Yanvarda isə qərarı ləğv edilməsinə nail omuşdu. Bütün bunlara baxmayaraq, fevralın 2-sində referendum keçirildi.

Qaqauz muxtariyyəti referenduma üç sual çıxarmışdı. Suallardan birincisi Moldovanın dövlət müstəqilliyinin itiriləcəyi halda muxtariyyətin öz müqəddəratını təyin etməsi ilə bağlı idi. Digər iki sual isə Moldovanın xarici siyasət vektorları ilə bağlı idi. Muxtaryyət sakinlərinə Gömrüş Şurası və ya Avropa İttifaqi arasın seçim etmək təklif edilirdi. Dünən isə referendumun nəticələri məlum oldu: Əhalinin böyük əksəriyyəti Gömrük Şurasına inteqrasiyanın tərəfdarı olduğunu bildirmişdilər. Məlumata görə, muxtariyyətin 94 faiz əhalisi Moldovanın statusunun dəyişdiriləcəyi halda öz müqəddəratını təyin etmək hüququna səs verib. Qaqauz Yeri parlamentinin sədri Dmitri Konstantinov referendumda səsvermə hüququna malik vətəndaşların 70 faizinin iştirak etdiyini bildirib.

Moldovanın statusunun dəyişdirimləsi məsələsinə gəlincə, söhbət ölkənin Rumınıyaya birləşməsindən gedir. İddialara görə, Moldova və Rumınıya arasında 2018-ci ildə birləşmə ilə bağlı razılıq əldə olunub. Birləşmə ilə bağlı Rumınıyanın rəsmi şəxsləri də tez-tez danışırlar. İddiaları nə rumın prezident Trayan Besesku, nə də Kişnyov rəhbərliyi təkzib etmir. Qaqauz muxtariyyəti isə belə olan halda müstəqilliyi elan etmə hüququnu əllərində saxladığını bildirir. Bu məqamın Moldova qanunvericiliyində də əks olunduğu bildirilir. Amma D.Konstantinovun sözlərinə görə, Moldova Konstitusiya Məhkəməsi istənilən vaxt bu qanunverici normanı ləğv edə bilər.

Kişinyov isə daha əvvəl də bildirib ki, Qaqauz muxtariyyətinin keçirdiyi referendumun nəticələrini tanımır. Moldova baş naziri Yuriye Lyanke Kişinyovun mövqeyini dünən yenidən dilə gətirib. Qaqauz Yerinin paytaxtı Komrat şəhərində isə hesab edirlər ki, mərkəzi hakimiyyətin mövqeyi heç nə dəyişdirmir. “Əhali öz fikrini söylədi, onunla hesablaşmamaq artıq mümkün deyil. Əhalinin fikri bizə Kiyevdəki hadisələrdən qaçmağa kömək edəcək”, -D.Konstantinov bildirib. Referendumun keçirilməsini üçün lazım olan vəsaitin qaqauz mənşəli Rusiya sahibkarı Yuri Yakubov və Rusiya işləyən 200-ə yaxın qaqauz tərəfindən ödənildiyi bildirilir.

Xatırladaq ki, Moldova bu il Avropa İttifaqı ilə assosiativ üzvlük və azad ticarət zonasının yaradılması haqqında razılaşmanı imzalamalıdır. Kişinyov şərq region – Dnestryanı ərazi olmadan bu sənədi imzalayacaq. Qondarma qurum rəhbərliyi Rusiya, Belorus və Qazaxıstanın üzv olduğu Gömrük Şurasına daxil olmağı arzulayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm