Dünya
Ərdoğanın “PKK açılımı”nın şok detalları
AKP hökumətinin “kürd açılımı” siyasətində yeni sensasion bir mərhələ başlanır. Belə ki, Ərdoğan iqtidarı oktyabrda PKK probleminin həlli üçün mühüm bir “yol xəritəsi” hazırlayıb.
Axar.az xəbər
verir ki, hökumət prosesin detallarını oktyabrda ictimaiyyətə
açıqlamağı planlaşdırır. Bu danışıqların ən əhəmiyyətli dönüş
nöqtəsi PKK yaraqlılarının silahlarla birdəfəlik vidalaşması
olacaq.
Xəbərdə qeyd olunur ki, prezident Ərdoğan 2015-ci ilə qədər PKK-ya
qoşulanların danışıqlar nəticəsində silahsızlaşdırılmasına nail
olmaq istəyir. Təxminən 200 səhifəlik “yol xəritəsi”nin gələn ilin
ilk rübündə reallaşması gözlənilir.
Bu prosesin sürətləndirilməsi üçün rəsmi Ankara ilə Ərbil hökuməti arasında dialoq da aparılır.
Həmçinin danışıqlar Qəndil dağlarında da təşkil ediləcək. PKK liderləri ilə görüşlərdə “dağdan eniş” məsələsinin həlli müzakirə olunacaq.
Ərdoğan iqtidarının yeni “yol xəritəsi”ndə müddəalardan biri də PKK silahlılarının keçid müddətində Şimali İraqdakı düşərgələrdə yerləşdirilməsidir. Bir illik dialoqdan sonra PKK-nın tamamilə silahları yerə qoyması gerçəkləşə bilr.
Bu danışıqlarda QHT-lər də vasitəçi kimi iştirak edəcəklər. PKK silahı yerə qoyduğu halda iqtisadi inkişaf, investisiyaların qoyulması ilə bağlı müzakirələr başlana bilər.
Bərzani hökumətinin Daxili İşlər naziri Əfqan Əla da mətbuata açıqlamasında deyilənləri təsdiqləyib. Nazir bildirib ki, “yol xəritəsi”ndə silahdan istifadə etməyən PKK-çıların yenidən cəmiyyətə inteqrasiyası mümkün olacaq. Ərdoğan iqtidarı buna zəmanət verib.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO