“Aydar” ciddi itkilər verdi - Fotolar
Bizi izləyin

Dünya

“Aydar” ciddi itkilər verdi - Fotolar

Bir neçə saat bundan öncə Ukraynanın "Aydar" batalyonu separatçıların və Rusiyadan gələn döyüşçülərin şiddətli minomyot atəşinə məruz qalıb.

Axar.az İnforesist-ə istinadla xəbərinə görə, bu barədə batalyonun mətbuat katibi Sergey Zilov deyib. O bildirib ki, Staniça Luqansk yaxınlığında gedən ağır döyüşlərdə Ukrayna batalyonunun itkiləri barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, atəşkəs barədə Minskdə razılıq əldə olunsa da, separatçılar bu razılaşmaya əməl etməyiblər və "Aydar"ı mühasirəyə alaraq, ukraynalı könüllülərə qarşı aramsız atəş açıblar. Bütün bunlara baxmayaraq, sözügedən hərbi bölmənin 11 nəfər itirdiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm