Üçüncüyə şübhəniz olmasın: Almanlar silahlanmaq istəyir
Bizi izləyin

Dünya

Üçüncüyə şübhəniz olmasın: Almanlar silahlanmaq istəyir

İkinci Dünya müharibəsinin başa çatmasından sonra Almaniyada faciəli siyasi-iqtisadi vəziyyət yaranmışdı. XX əsrdə yaşanmış iki dünya müharibəsinin acı təcrübələrindən sonra alman cəmiyyətində antihərbi və antimüharibə əhval-ruhiyyələr əhəmiyyətli yer tuturdu.

Ukraynadakı hadisələr fonunda Qərb kütləvi informasiya vasitələrində “Avropa üçün Rusiya hərbi təhlükəsi” məqalələri geniş şəkildə tirajlanmağa başlandı. Bu isə alman cəmyyətinə də təsirsiz ötüşmədi. Artıq ölkədə genişmiqyaslı hərbiləşdirilmə yönündə əhvali-ruhiyyənin aktivləşməsi müşahidə olunur. Ukraynanın şərqindəki müharibə Almaniyada “Avropada sülh xəyali deyilmi?” sualı ətrafında müzakirələr açıb.

Diqqətəlayiqdir ki, Rusiyanın hipotetik hərbi təcavüzü barədə qorxular yalnız Baltikyanı ölkələrdə və Polşada yetişdirilmir. NATO-nun Uels sammitindən sonra bir sıra alman mühafizəkar siyasətçiləri bundesverə (Almaniya Federal Silahlı Qüvvələri – red) ayrılan vəsaitin artırılması tələbi ilə çıxış etdi.

“Əgər Avropa öz azadlığını saxlamaq istəyirsə, o halda bu, əlavə addımlar atmadan mümkün deyil. Biz Rusiya ilə yaxşı münasibətlər saxlamağa cəhd edirik, amma təhlükənin yeni bir forması ilə qarşılaşmışıq. NATO müvafiq reaksiya verməlidir”, - mühafizəkar Xristian Demokrat Partiyasından olan deputat Karl Georg Velmann deyir.

Mühafizəkarların digər təmsilçiləri də analoji fikirdədirlər. Parlamentin müdafiə komitəsinin üzvü Henninq Otte bildirir ki, Krım böhranından yaranan yeni təhlükələrin qarşısı müdafiəyə xərclərini artırmadan mümkün deyil".

Əslində, Avropa ölkələrinin əksəriyyətinin ordusu illərdir ki, maliyə çatışmazlığına görə ciddi əziyyət çəkirlər. Bu da təbii ki, onların maddi-texniki təminatına təsirsiz ötüşmür. Təsadüfi deyil ki, Almaniyanın da üzv olduğu NATO-nu Rusiya qarşısında zəif edən əsas səbəblərdən biri olaraq hərbi xərclərin azaldılması göstərilir. Qərb analitikləri Rusiya militarizminin Şimali Atlantika İttifaqının hərbi xərclərini çoxillik ixtisar etməsindən sonra qəflətən artdığını qeyd edir.

Təsadüfi deyil ki, NATO-nun baş katıbi Andreas Foq Rasmussen bu ilin fevral ayında ittifaqın hərbi xərclərinin azaldılması nəticəsində dünya arenasında təsir imkanlarını itirə biləcəklərindən narahat olduğunu ifadə edib. “Bu məsələ təhlükə törədir. Ona görə ki, digər ölkələr müdafiə sahəsinə sərmayə qoyurlar və belə olan halda bizim beynəlxalq səhnədəki təsirimiz azalacaq. Yaranacaq boşluğu isə başqa ölkələr dolduracaq”, - Rasmussen dilə gətirmişdi. Şübhəsiz ki, Rasmussen “digər ölkələr” deyəndə ilk növbədə Rusiyanı nişan verib.

NATO-nun 28 üzvündən 26-sının Avropada yerləşdiyini nəzərə alsaq qitə ölkələnin ayıracağı vəsaitin hərbi alyans üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək olar. Son illər ərzində dünya üzrə ən çox hərbi xərcləri Rusiyanın artırması Qərbi narahat etməyə bilməz. Son üç il ərzində bu sahəyə rusların ayırdığı pul əvvəlki illərlə müqayisədə 44 faiz çoxalıb.

Siyasi analitiklər hesab edir ki, hazırda hərbi alyansın qarşısında üç əhəmiyyətli məsələ dayanır. Birincisi, Avropada hərbi xərclərin kəskin ixtisarını dayandırmaq lazımdır. İkincisi, NATO-nun aktual olduğuna ABŞ-ı inandırmaq lazımdır. Üçüncüsü, NATO-nun effektivliyi və etibarını sübut etməklə yeni üzvləri sakitləşdirmək lazımdır.

Avropa ölkələrinin hərbi büdcələrinə gəlincə, “The Financial Times” mənzərənin kədərli olduğunu qeyd edir. İtaliyada hərbi xərclər maliyyə böhranının başlandığı 2008-ci ildən 21,5, Britaniyada 9,1, Almaniyada 4,3 faiz azalıb. Yalnız Fransa hərbi xərclərin miqdarını sabit saxlaya bilib. Müvafiq dövr ərzində Rusiyada hərbi xərclər 31,2 faiz artıb.

NATO-nun tələbinə görə, üzv ölkələr ümumi daxili məhsulun 2 faizini müdafiəyə xərcləməlidir. Hazırda isə 28 dövlətdən yalnız dördü bu tələbi yerinə yetirir. Krımın Rusiyayla birləşdirilməsindən sonra yalnız Baltikyanı ölkələr öz hərbi büdcələrini artırmağa və NATO-nun tələbini yerinə yetirməyə söz veriblər. Avropanın cənubunda isə büdcə çətinlikləri səbəbindən həbri büdcənin artırılması praktik olaraq qeyri-mümkün görünür.

Bir çox müşahidəçilər hesab edir ki, ittifaqın ən yaxın məsələsi Rusiya prezidentinə dəqiq siqnalı vermək olmalıdır. Admiral Stavridis NATO-nun diqqətinin Avropada cəmlənməli olduğunu bildirir.

Alman parlamentinin müdafiə komitəsinin üzvü Henninq Ottenin fikirləri özünü NATO-nun Liviyadakı hərbi kampaniyasında göstərdi. Məlum oldu ki, Avropada ingilislərdən və fransızlardan başqa, o cümlədən almanlar vuruşmağı bacarmır. NATO ölkələrinin 2006-cı ildə əldə etdiyi razılığa iri iqtisadiyyata sahib Almaniyada əməl etmir. Həmin razılaşmaya əsasən NATO ölkələri ümumi daxili məhsulun 2 faizini müdafiə xərclərinə ayırmalı olduğu halda “Spiegel” nəşrinin qeyd etdiyi kimi Almaniya hər il ümumi daxili məhsulun yalnız 1,3 faizini ordunun ehtiyacları üçün xərcləyir. Xristian Demokrat Partiyasının təhlükəsizlik məsələləri üzrə spikeri, deputat Han Florian hesab edir ki, müdafiə xərclərinə ayrılan pulun hamısı belə xərclənmir. “Məhz bunun nəticəsidir ki, 250 tankdan yalnız 50-i istifadə üçün yararlıdır”, - o bildirir.

Onun partiya həmkarı Henninq Otte Almaniyaya daha çox tank və digər ağır silahların lam olmayacağı barədə fərziyəni rədd edir: “Hərbi park daha sürətlə yenilənməlidir”.

Almaniya maliyyə naziri Volfqanq Şoyble isə söz verib ki, müdafiə sferasına ayrılan xərclər azaldılmayacaq. Ancaq o, ordunun maliyyələşdirilməsinə mümkün artımdan heç nə danışmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm