Fransa İŞİD-ə qarşı müharibəyə qoşulur
Bizi izləyin

Dünya

Fransa İŞİD-ə qarşı müharibəyə qoşulur

Fransa İŞİD terror təşkilatına qarşı hava əməliyyatlarında iştirak etməyə hazırdır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Fransa xarici işlər naziri Loran Fabius Parisdə Siyasi Elmlər Fakültəsinin yeni təhsil ilinin açılışında bildirib.

Fabius Fransanın Suriyada Bəşər Əsəd rejimi və radikal qruplarla mübarizə aparan mülayim müxalifətə dəstəyinin davam etdiyini söyləyib.

Qeyd edək ki, Fransa prezidenti Fransua Ollande 12 sentyabrda İraq hökumətinin dəvəti ilə Bağdada gedəcək. Paris gələn həftə isə İraqın təhlükəsizliyi ilə bağlı keçiriləcək beynəlxalq konfransa ev sahibliyi edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm