Yaponiyada təbii fəlakət həyəcanı: 700 min nəfər təxliyə edilir
Bizi izləyin

Dünya

Yaponiyada təbii fəlakət həyəcanı: 700 min nəfər təxliyə edilir

Yaponiya hökuməti ölkənin dördüncü böyük şəhəri Sapporoda 702 min sakin üçün təxliyə elan edib. Musavat.com xəbər verir ki, məlumatı NHK telekanalı yayıb.

Sapporo Yaponiyanın şimalındakı Hokkaydo adasında yerləşir. Yaponiyanın meteorologiya idarəsi adada “xüsusi həyəcan” elan edib. Bu, ən yüksək təhlükə səviyyəsidir və təbii fəlakətin yaxınlaşdığını xəbər verir.

2010-cu ilin statistikasına görə, Sapporonun əhalisi 1,9 milyon nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm