Moskvadan ittiham: “Qərb KİV-i Ukrayna hakimiyyətinin cinayətlərini gizlədir”
Bizi izləyin

Dünya

Moskvadan ittiham: “Qərb KİV-i Ukrayna hakimiyyətinin cinayətlərini gizlədir”

Qərb kütləvi informasiya vasitələrinin (KİV) əksəriyyəti Ukrayna hakimiyyətinin cinayətlərini gizlədir.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin deyib.

Onun sözlərinə görə, Qərb KİV-lərinin əksəriyyəti insanın hüquqların pozulması faktları və Kiyev hakimiyyətinin cinayətlərinə susur.

“Qərb KİV-ləri Ukraynadakı hazırkı ağır böhranı olduqca birtərəfli və qərəzli şəkildə işıqlandırır, insanların hüquqlarının pozulması faktlarına susurlar. Birbaşa desək, Qərb KİV-ləri Kiyev hakimiyyətinin xalqa qarşı cinayətlərini gizlədir”, - Dövlət Dumasının rəhbəri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm