Ukrayna rəsmisindən Obamaya dəhşətli sözlər - Foto
Bizi izləyin

Dünya

Ukrayna rəsmisindən Obamaya dəhşətli sözlər - Foto

Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Anton Geraşenko ABŞ Prezidenti Barak Obamanı sərt tənqid edərək, Qərbi Ukraynaya qarşı ikili standartlara yol verməkdə qınayıb.

Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat yerləşdirib.

Geraşenkonun sözlərinə görə, ABŞ-ın, Qərbin əsas hədəfləri demokratiya deyil, maddi maraqlardır:

“Avro Nyus” (“Euro News”) kanalına baxdım, Konqressin razılığı olmadan ABŞ Prezidenti Barak Obama İraqda terrorçulara qarşı əməliyyat aparmağa hazır olduqlarını bildirdi. Görünür, Amerika prezidenti Ukraynanın şərqinə qoşun yeridən Putindən nələrisə öyrənir. Axı Putin də Rusiya Konstitusiyasını saya saymadı. Hərbi əməliyyatlar aparmaqla Vaşinqton bölgədə öz maraqlarının bərqərar olmasına və əzəli düşmən – Suriya Prezidenti Bəşər Əsədə qarşı təziqləri atırmağa çalışır. Bir sözlə, nəticə çıxaraq: harada neft varsa, orada ABŞ-ın hərbi dəstəyi var. Hər şey olduqca sadədir – geosiyasət böyük bir biznes maraqlarıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm