“Ukrayna savaşı NATO-ya əlavə imkanlar verdi”
Bizi izləyin

Dünya

“Ukrayna savaşı NATO-ya əlavə imkanlar verdi”

Rusiya NATO ilə yarışa girsə, bu ölkəni SSRİ-nin aqibəti gözləyəcək”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiyanın son zamanlarda hərbi təlimlərini gücləndirməsini şərh edərkən deyib. Onun sözlərinə görə, vaxtilə SSRİ də Qərblə silah yarışına girmişdi. Amma nəticəsi faciəvi oldu:

“Problem ondadır ki, NATO-nun bu işdə təcrübəsi və maliyyə ehtiyatı var. Hazırda Rusiyanın da maliyyə kapitalı var. Amma NATO ilə yarışacaq səviyyədə deyil. Əgər Putin iqtisadiyyatın böyük bir hissəsini hərbi sahəyə yönəldərsə, digər sahələrdə problemlər yaşanacaq. İndi neft-qaz satışı hesabına müəyyən qədər maliyyə kapitalı toplaya bilib. Amma bu o demək deyil ki, Rusiya həmişə belə olacaq. Vaxtilə SSRİ-nin də bu qədər maliyyəsi var idi və hərbi sənayeyə xüsusi önəm verilirdi. Buna görə də SSRİ çökdü. İndi Rusiya da NATO ilə yarışa girsə, Rusiyanı SSRİ-nin aqibəti gözləyəcək”.

Putin Ukrayna siyasətinin girovuna çevrilib

Politoloqun sözlərinə görə, Rusiya öz əli ilə özünü iqtisadi blokadaya salmaqla məhvə məhkum edib:

“Əslində, Putin Ukrayna siyasətinin girovuna çevrilib. Krımı işğal etdi və indi də Ukraynanın şərqində ikinci Dağlıq Qarabağ yaratmaq istəyir. Qərb də bunu Rusiyaya bağışlamır. Bağışlamayacaq da. Bu baxımdan əlbəttə ki, qərbin sanksiyaları Rusiyaya qarşı davam edəcək.

İnanmıram ki, Rusyanın Qərblə yarışmağa gücü çatsın. Rusiya təkdir, NATO ölkələri isə çoxdur. Rusiya bunların hər biri ilə yarışacaq gücdə deyil. Rusiya nəinki ABŞ, hətta keçmiş və strateji tərəfdaşı Fransa, Almaniya və digər Avropa ölkələri ilə də münasibətləri gərginləşdirib. Bu gün NATO Baltikyanı ölkələrdə və Şərqi Avropada yeni bazalarını yerləşdirməkdədir. Putin hər zaman NATO-nun şərqə doğru genişlənməsinin əleyhinə olub. Amma özü Ukraynada vəziyyəti gərginləşdirməklə özünə problem yaratdı. Bununla da NATO daha sürətli genişlənmə yolunu seçdi. Putin də buna qarşı heç bir addım ata bilmədi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm