Poroşenko Sevastopoldakı əmlakını satır
Bizi izləyin

Dünya

Poroşenko Sevastopoldakı əmlakını satır

Ukrayna prezidenti Pyotr Poroşenko “Sevastopol dəniz zavodu”nu satışa çıxarıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu Sevastopol qubernatoru vəzifələrini icra edən Sergey Menyaylo bildirib.

Qeyd edək ki,2014-cü ilin mayında Ukrayna prezidenti seçilən Poroşenko biznes-strukturlarını satmağa qərar verib. Avqustun 22-də məlum oldu ki, “Rotshild” şirkəti Ukrayna prezidentinin biznesinin satışı ilə məşğul olacaq.

Ukraynada böyük müəssisələrə malik olan “Roshen” şirniyyat korporasiyası Poroşenkonun ən böyük aktivi hesab edilir. Bundan başqa “5 Kanal” televiziya kanalı, Kiyev gəmiqayırma zavodu Poroşenkoya məxsusdur. O, Kiyevdə “5 element" idman klubunda 55 faiz, Beynəlxalq investisiya bankında 50,08, “Kraina” sığorta şirkətində 49,99 faiz paya sahibdir.

“Forbes” jurnalı 2014-cü ilin may ayında Poroşenkonun əmlakını 1,3 milyard dollar qiymətləndirib. Bəyannaməyə əsasən, 2013-cü ildə Ukrayna prezidentinin gəlirləri 4,4 milyon dollar təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm