Ərdoğan hökumətinin qərarı etirazlara səbəb oldu
Bizi izləyin

Dünya

Ərdoğan hökumətinin qərarı etirazlara səbəb oldu

Türkiyədə hökumətin yazarlara maliyyə yardımı ayırması qalmaqala səbəb olub.

ANS PRESS-in məlumatına görə, Türkiyə Mədəniyyət Nazirliyi 40 yazara təxminən 200 min dollar yardım ayırıb. Amma yardım alacaq yazıçıların adları açıqlanmayıb.

Bu da yardımın məqsədi barədə suallar doğurub. Bəziləri bunu yeni seçilmiş prezident Rəcəb Tayyip Ərdoganın ədəbiyyat adamlarını satın almaq, hakim partiyanın siyasətini dəstəkləyənləri mükafatlandırmaq cəhdi kimi qiymətləndiriblər.

Sosial şəbəkədə yaşanan mübahisələrdən sonra Aykut Ərtuğrul hökumətdən yardım aldığını etiraf edən ilk yazar olub. O, 11 min lirə yardım aldığını etiraf edərək deyib ki, nazirlik yazılacaq əsərlərin məzmununa qarışmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm