"Əsədə az qala yalvardıq ki...”
Bizi izləyin

Dünya

"Əsədə az qala yalvardıq ki...”

“Bəşər Əsədə səkkiz ay izah etməyə çalışdıq. Dinləmədi, anlamadı. Zənn etdi ki, bölgə hələ 1980-ci, 1990-cı illərdə atasının dəmir yumruqla əzdiyi Xümsdövrlərində yaşayır”.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu ölkəsində qatıldığı bir televiziya proqramının canlı yayımında deyib.

“Az qala yalvardıq ki, bu proses təhlükəlidir, ölkənizlə əlaqədar çox ciddi çətinliklər var. Hamımız təsirlənərik, islahatları keçrin, dedik. Daha sonra digər ölkələrə izah etməyə çalışdıq ki, əgər bu rejim dayandırılmasa, radikalaşma artacaq. Bunu həm Suriyanın dost ölkələri olan İran və Rusiyaya, həm də bizim Suriya ilə inkişaf etdirdiyimiz yaxşı əlaqələri tənqid edən Qərb ölkələrinə izah etməyə çalışdıq. Amma İran və Rusiya “Əsəd rejimi vəziyyəti nəzarət altına alır, biz də müttəfiq itirməyək” düşündülər”, - Türkiyə baş naziri ölkəsinin əvvəlcədən doğru yolda olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm