İŞİD-dən çinli çıxdı (FOTO)
Bizi izləyin

Dünya

İŞİD-dən çinli çıxdı (FOTO)

İŞİD silahlılarının içərisində daha bir ölkənin nümayəndəsi üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, İraq dövlət ordusunun İŞİD terror qruplaşmasına qarşı həyata keçirdiyi əməliyyatlar çərçivəsində sələfi təşkilatın çinli bir üzvü əsir götürülüb.

İŞİD terror qruplaşması sırasında müsəlman dövlətlərlə yanaşı, avropa və ingilis vətəndaşların da olduğu məlum idi. Lakin ilk dəfədir ki, çinli bir İŞİD-çi ələ keçirilib.

Saxlanılan çinli terrorçu haqqında Çinli səlahiyyətlilər tərəfindən rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İŞİD-ə qoşulmaq üçün 80 ölkədən 15 mindən çox insanın Suriyaya getdiyini açıqlayıb. Hazırda terror qruplaşma üzvlərinin sayının 20-32 min arasında olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm