Rusiya indi başına döyür: Kreml “Nezavisimaya qazeta”nın hansı məsləhətinə qulaq asmadı?
Bizi izləyin

Dünya

Rusiya indi başına döyür: Kreml “Nezavisimaya qazeta”nın hansı məsləhətinə qulaq asmadı?

Rusiyanın bank sektoru, neft-qaz və hərbi sənayesi bu həftə ağır sanksiyalar altına düşdü. Moskva özünü çox sakit aparmağa çalışsa da, sanksiyalar öldürücü qiymətləndirilir.

Avropa Birliyinin (AB) yeni sanksiyalar siyahısına “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərti salınıb. Onlar Avropadan kredit və maliyyə ala bilməyəcəklər. Avropa Birliyi ikili təyinatlı məhsulların Rusiyanın müdafiə sənayesinə aid olan “Kalashnikov”, “Almaz-Antey”, “Ximkompozit” kimi konsernlərə göndərilməsini də qadağan edir. “Uralvaqonzavod” kimi zavodlara və şirkətlərə uzunmüddətli kredit verilməsi qadağan olunur. Sberbank, VTB, Qazprombank, VEB, Rosselxozbank kimi banklara isə kreditlər məhdudlaşdırılır..

ABŞ-ın elan etdiyi yeni sanksiyalar da Rusiyanın müdafiə, enerji və bank sektorunu hədəf alır. ABŞ-ın yeni maliyyə və iqtisadi sanksiya tətbiq etdiyi bank və şirkətlər bunlardır: “Sberbank”, neft nəqli şirkəti “Transneft”, enerji şirkətləri - “Lukoil”, “Qazprom”, “Qazpromneft”, “Surqutneftqaz” və “Rostex”.

ABŞ prezidenti Barak Obama yaxın vaxtlarda bildirdi ki, ekspertlərin fikrincə, sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi şəkildə dayanıb, amma vəziyyət faciəli deyil. Sanksiyaların daha bir növü Amerika hərbi texnologiyalarının satışının qadağasıdır. Qadağalar Rusiya ordusunun yenidən qurulmasının qarşısının alınmasına yönəlib. Şübhəsiz ki, bu sanksiyalar Rusiyanın müdafiə qabiliyyətinə mənfi təsir edəcək. “Nezavisimaya qazeta” isə yazır ki, yerli hərbi mütəxəssislərin fikrincə, vəziyyət düşünüldüyü kimi pis deyil.

Nüfuzlu alman jurnalı “Şpiqel”in müşahidəçisi yazır ki, sanksiyaların ən mənfi nəticələri özünü enerji və bank sektorlarınada göstərəcək. Rusiyanın enerji sektoruna ABŞ avadanlıqlarının çatdırılmalarını dayandırılır. Nəticədəı isə Rusiya aparıcı enerji şirkəti olan “Qazprom”un neft-qaz yataqlarında apardığı kəşfiyyat işləri ləngiyəcək. Müasir avadanlıqların çatdırılmasının dayandırılması xüsusilə Rusiyanın Arktika qazının mənimsinilməsi layihələrinə mənfi təsir edəcək. Güman edilir ki, orta müddətli perspektivində Rusiyanın neft hasilatı 10 faiz azalacaq. Bununla yanaşı Ukraynanın sanksiyalardan əhəmiyyətli dərəcədə zərər çəkəcəyi bildirilir. Baş nazir Arseniy Yasenyuka görə, artıq bir il sonra ölkənin zərəri 7-8 milyard dollar olacaq.

Rusiya-Qərb qarşıdurmasının inkişafında növbəti mərhələ Rusiya mallarının, həmçinin enerji ehtiyatlarının Ukrayna vasitəsilə tranzitinə qadağalar ola bilər. Ukrayna hakimiyyəti Rusiya və digər dövlətlərin vətəndaşlarını “qara siyahı”ya salmaq istəyir. Məlumata görə, siyahıda 172 ictimai xadim və biznesmenin adı yer alacaq. Onlar Krımın zəbt edilməsini dəstəkləməkdə və terrorizmi maliyyələşdirməkdə ittiham olunur.

“Nezavisimaya qazeta” nəşri hesab edir ki, sanksiyalardan bütün tərəflərin, o cümlədən Rusiya, Ukrayna və Avropa Birliyi ölkələrinin zərər çəkəcəyi gözlənilsə də, ən böyük zərər Rusiyaya dəyəcək. Faktiki olaraq Rusiyanın bütün neft və qazı Ukrayna vasitəsilə ixrac edilir. Nəşr yazır ki, sanksiyalardan Ukrayna da ciddi zərər çəkəcək, çünki iki əhəmiyyətli beynəlxalq sənəd üzrə öhdəliklərini pozur.

Birinci müqavilə Ukraynanın “Naftoqaz” və “Qazprom” Rusiya qazının tranziti haqqında bağlanan müqavilədir. İkinci sənəd isə Ukraynanın qoşulduğu energetika xartiyası müqaviləsidir. Müqaviləyə görə Ukrayna öz ərazisi vasitəsilə başqa dövlətlərin enerjidaşıyıcısılarını maneəsiz buraxmağı öhdəsinə götürür.

Ekspertlərin fikrincə, indi Avropa bazarında qazın satışında “Qazprom”un inhisarçılığının ləğvi prosesi prosesi başlayır.

Hazırda Rusiya Ukraynadan yan keçən enerji kəmərləri layihəsi üzərində işləyir. Rusiya qazı üçün artıq belə yollar var: Belorus və Baltika dənizi (“Şimal axını” qaz kəməri) vasitəsilə. Ukraynadan keçən marşrutların kəısiləcəyi halda bu yollar Rusiyanın can damarı sayıla bilər. Ukrayna marşrutunun kəsiləcəyi halda həm də bütün Cənubi Avropa (Bolqarıstan, Macarıstan, Avstriya) Rusiya qazı olmadan qalacaq. Bu səbəbdən də enerji resurslarlarının tranziti üçün yeni variantları tələb edilir.

Artıq Türkiyəyə Qara dənizi vasitəsilə gedən “Mavi axın” qaz kəməri tikilib. Ancaq onun ötürücü qabiliyyəti kiçikdir. Əlavə olaraq düşünülən marşrutlardan ən böyüyü isə ötürücü qabiliyyəti 63 milyard kubmetr olan “Cənub axını” layihəsidir. Bu çox mürəkkəb layihədir, marşrutun əsas hissəsi Qara dənizin dərin sularından keçir. Əsas məqsəd Ukraynadan yan keçməklə ideya Rusiya qazını birbaşa əsas istehlakçıya, yəni Cənubi Avropa ölkələrinə çatdırmaqdır. Boru kəmərinin dəniz hissəsinin üzlənməsi artıq başlasa da, layihə üzrə hələ bütün partnyorlar arasında razılıq əldə olunmayıb. Avropa Komissiyasının tələbi odur ki, layihənin bütün iştirakçıların “Cənub axını” nəqliyyat infrastrukturuna azad girişi təmin edilməlidir. Əsas iddia odur ki, “Qazprom” qaz kəmərinə təkbaşına nəzarət etmək hüquqlarına malik deyil. İyunun 19-da Bolqarıstan növbəti dəfə “Cənub axını" layihəsi üzrə işləri layihənin Avropa Birliyi antiinhisar qanunvericiliyinə uyğun hala gətirilməsinə qədər dondurdu.

Avropaya qazın çatdırılmasının daha bir mümkün variantı kimi əvvəllər “Nabucco” qaz kəmərinə baxılırdı. Qaz kəməri layihəsi Xəzər hövzəsi və İraq qazının Rusiya və Ukraynadan yan keçməklə Avropaya çatdırılması planlaşdırılırdı. “Nabucco”nun ötürücü qabiliyyəti 26-32 milyard kubmetr təşkil etməli idi. Əsas təchizatçılar kimi Azərbaycanı, İraq və Türkmənistan nəzərdə tutulurdu. Layihənin qiyməti ilkin dəyərləndirmədə 7,9 milyard avro olsa da, daha sonra bu məbləğ 14 milyard dollara qədər artdı.

“Nabucco”nun 2011-2014-cü illərdə tikintisi planlaşdırılırdı. Amma layihənin maliyyələşdirilməsi və qazın çatdırılması üzrə zəmanətlərin olmamasına görə bu mümkün olmadı. ərlə təxirə salınırdılar və nəticədə başlanmamışdılar. 2012-ci ilin may ayında məlum oldu ki, Azərbaycanın SOCAR, Norveçin “Statoil” və Böyük Britaniyanın BP şirkətləri “Şahdəniz” yatağının ikinci mərhələsini hazırlayırlar. Məlum oldu ki, bu şirkətlər “Nabucco” layihəsini daha gəlirli hesab etmirlər. Bu qərar həm də onunla bağlıdır ki, İran cəlb olunmadan “Nabucco” layihəsinin reallaşdırılmasının mümkün olmadığı qəbul edildi. Aydınlaşdı ki, “Şahdəniz” yatağından əldə edilən qaz “Nabucco” doldurmaq üçün kifayət etməyəcək.

2013-cü ilin yazında “Şahdəniz” konsorsiumu TAP (Trans Adriatic Pipeline) ayihəsini üstün tutaraq “Nabucco West” layihəsindən imtina etdi. Daha sonra BP, SOCAR və Total layihədən payları əldə etdi. Beləliklə, Türkiyə vasitəsilə keçən bu qaz kəmərinin marşrutu mümkün variantlardan ən yaxşısıdır.

Bütovlükdə təsdiq etmək olar ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi Rusiya üçün neqativ nəticələr doğurmaqla yanaşı, enerji resurslarının çatdırılması üzrə ağırlıq mərkəzlərini Mərkəzi Asiya və Şimali Afrikaya keçirilməsi ilə nəticələnəcək. Hələ iki il əvvəl hadisələrin bu istiqamətdə inkişafı görünürdü.

Bundan əlavə, mümkün variantlardan biri kimi Avropaya mayeləşdirilmiş qazın (SPQ) çatdırılmasına baxılır. Rusiya üçün isə belə imkanlar yoxdur. Birincisi, bunun üçün Rusiyaya xeyli sayda supertankerlər lazımdır, ikincisi isə potensial okean limanları istehlak mərkəzlərindən uzaqdadır. Digər tərəfdən isə Avropanın “şist inqilabı” ilə bağlı gözləntiləri böyükdür. Avropada potensial olaraq mənimsənilməsi üçün yararlı şist yataqları Polşada və Ukraynadadır. Ukraynanın şist yataqlarının mərkəzi olan Slavyanskda isə hazırda döyüşlər gedir. Belə bir coğrafi mövqe energetika müstəqilliyinin möhkəmləndirilməsində qonşu ölkələr üçün geniş perspektivləri açır.

Beləliklə, Rusiyaya qarşı ən həssas sanksiyalar neft-qaz sektorunadır. Bundan başqa söhbət Arktikada neft-qaz yataqlarının işlənməsi üçün lazım olan müasir texnologiyalarına əldə edilməsində məhdudiyyətlərdən gedir. Problem ondadır ki, Rusiyada son onilliklər ərzində bu istiqamətdə elmi araşdırmalar praktik olaraq ləğv edilib. Qərb texnologiyalarının alınması və Rusiya energetika layihələrinə dünya korporasiyalarının birbaşa cəlb edilməsi daha rasional hesab edilirdi.

“Nezavisimaya qazeta” bildirir ki, hələ 1990-cı illərdən bu siyasətin qüsurluluğuna ictimaiyyəti inandırmağa çalışdıq. “Bizim əsas tezisimiz belə idi: energetikada “Qazprom” və neft şirkətlərinin özlərini elmi prosesdən, xüsusilə texnologiyaların təkmilləşdirilməsindən özünü kənara çəkməsi şəxsi elmi məktəbin itirilməsinə gətirib çıxaracaq və mümkün siyasi münaqişələrdə energetika sektorunda böyük çətinlikləri yaradacaq. Məhz bu da oldu”, - Rusiya nəşri bildirir.

Enerji sektoruna tətbiq olunan sanksiyalar Arktikanın mənimsənməsi və neftçıxarma texnologiyalarının yenidən qurulması üzrə proqramların inkişafında ciddi çətinliklər yaradacaq. Söhbət Rusiya şirkətləri və ölkə iqtisadiyyatına milyardlarla dollar zərərdən gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm