İŞİD Türkiyəyə top atdı
Bizi izləyin

Dünya

İŞİD Türkiyəyə top atdı

YPG yaraqlıları ilə toqquşmalar zamanı İŞİD-in atdığı toplar Türkiyə ərazisinə düşüb. İtki yoxdur.

Publika.az Mardinin Nusaybin rayonuna qonşu olan Suriyanın Qamışlı şəhərinin Tılhamis kəndində İŞİD (İraq Şam İslam Dövləti – red.) ilə YPG (PKK-nın Suriya qolu – red.) arasında toqquşmalar davam edir. İŞİD yaraqlıları tərəfindən Qamışlıya atılan toplardan ikisi sərhədi aşaraq Mardinin Nusaybin rayonuna düşüb.

İtkinin olmadığı deyilir. Toplardan biri neytral əraziyə düşüb. Hadisədən sonra polis ərazidə axtarış aparıb.

Qamışlıdan gələn top səslərindən Nusaybin sakinləri narahat olublar.

Polis isə vətəndaşları sərhədə yaxınlaşmamaları üçün xəbərdarlıq edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm