Saakaşvilinin anası və nənəsini də həbs edirlər
Bizi izləyin

Dünya

Saakaşvilinin anası və nənəsini də həbs edirlər

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin əmlakına həbs qoyulub.


Publika.az xəbər verir ki, Gürcüstan Baş prokurorluğu Saakaşvilinin həyat yoldaşı Sandra Rufolsun, anası və nənəsinin Gürcüstandakı əmlakına həb qoyub.

Keçmiş prezidentin vəkili Otar Kaxidze bildirib ki, həbs qoyulan əmlak avtomobil, torpaq sahəsi və evdir.

“Təəssüf ki, biz Gürcüstan məhkəməsindən ədalətli qərar gözləyə bilmirik. Buna görə də biz İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”, -deyə o bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da yaşayan eks-prezidentə qarşı bundan öncə vəzifəsindən sui-istifadə maddəsi ilə ittiham irəli sürülmüşdü.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm