“İŞİD-i biz dayandırdıq”
Bizi izləyin

Dünya

“İŞİD-i biz dayandırdıq”

Suriyada İŞİD-lə toqquşan YPG-nin sözçüsü Kobaninin şərqində İŞİD-in irəliləməsinin qarşısını aldıqlarını açıqlayıb.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, PKK-nın Suriya qolu olan YPG terror təşkilatının sözçüsü İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Kobaninin şərqindəki irəliləməsinin qarşısını aldıqlarını deyib. Ən azı, 53 İŞİD yaraqlısının məhv etdiklərini bildirən sözçü altı gündə 27 YPG-çinin də öldüyünü deyib.

“ANF”nin verdiyi xəbərə görə, İŞİD-in İraq və Suriyanın bir çox bölgəsinə gətirdiyi ağır silahlar və əlavə qüvvələrlə Kobaniyə girməyə çalışdığını qeyd edən YPG sözçüsü bildirib ki, “İŞİD qruplaşmasının sentyabr 15-də Kobaninin qərb, şərq və cənubundan başladığı hücumlar intensiv bir şəkildə davam etməkdədir. Xalqımız və silahlı qüvvələrimiz isə məhdud imkanlarına rəğmən, hər cəbhədə çiyin-çiyinə döyüşməkdə, kənd-kənd dirənməkdədir. Dirənişin nəticəsində şərq cəbhəsində qruplaşmanın irəliləməsi dayandırılıb, qərb və cənub cəbhələrində isə toqquşmalar davam etməkdədir”.

Bir tərəfdən də KCK İdarə heyətinin üzvü Duran Qalxan, KDP və YNK-yə çağırış edərək, Kobanidə İŞİD-ə qarşı döyüşmək üçün dəstək istəyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm