Dünya
Putin NATO-nu məhv edə bilər
“Forbes” Rusiyanın yeni işğal planından
yazdı
“Forbes” jurnalı yazır ki, Ukraynanın şərqində Rusiyanın
yaratdığı separatçı rejimlərin oxşarı Latviyada da yaradıla bilər.
Və belə bir ssenarinin həyata keçməsi 1949-cu ildə 12 dövlətin
iştirakı ilə yaradılmış Şimali Atlantika Müqaviləsi Təşkilatının
məhvi deməkdir. Ona görə də əminliklə demək olar ki, Qərb üçün
Ukrayna böhranı İŞİD-dən daha dəhşətli nəticələr ortaya qoya
bilər.
“Doğrudanmı ABŞ və Avropa elə zənn edir ki, zəifləyib əldən
düşmüş Ukrayna Rusiya ilə ona sərf etməyən sülh müqaviləsi
imzalasa, bununla da Putinin iştahası küsəcək və o, imperiyanı
bərpa etmək fikrindən daşınacaq. Nə qədər məyus edici də olsa demək
lazımdır ki, xanım Merkel və prezident Obama Ukraynanı Rusiya ilə
sülh müqaviləsi bağlamağa təhrik edirlər. Halbuki həmin sülh
müqaviləsi Ukraynanı əsrlər boyu təhdid edə bilər. Bu müqavilə
Rusiyaya Ukraynanı həmişə müvazinətdən çıxarmaq imkanı verəcək.
Nəticədə Ukrayna Avropa Birliyindən və NATO-dan kənarda qalacaq”,
jurnal yazır.
Jurnal qeyd edir ki, artıq belə bir versiya haqqında Rusiyalı
politoloqlar da müəyyən mülahizələr irəli sürüblər. Baltik ölkəsinə
müdaxilənin arxasında isə Rusiyanın NATO-nu məhv etmək planı dayana
bilər. NATO bir vaxtlar SSRİ-ni dağıtdı, hazırda isə Rusiyanı öz
əhatəsində saxlayır. Əlbəttə, bu planda risk elementləri həddən
ziyadə çoxdur, amma mükafat da çox böyük ola bilər.
Bəziləri hadisələrin belə bir ssenari əsasında inkişafına şübhə
ilə yanaşır. Onların düşüncəsinə görə Putun buna cəzarət etməz.
Belələri 2008-ci ildə olmuş Gürcüstan hadisələrini xatırlasın, son
olaylara nəzər salsın, ortada Krım məsələsi də var: “Artıq Rusiya
altı ildir ki, belə işlərlə məşğuldur. Ən önəmlisi isə odur ki,
Rusiya başladığı bu kimi əməliyyatların heç birində məğlub
olmayıb”.
“Biz istəsək elə indidən baş verə biləcək hadisələrin gedişini planlaşdıra bilərik. Bu plana əsasən NATO sıradan çıxmalıdır. Bunun üçünsə tutaq ki, Latviya hədəfə alınır. Orada əhalinin dörddə biri etnik rusdur. Əslində bu müharibəni başlanmış da hesab etmək olar. Rusiya artıq xeyli müddətdir ki, Latviyada rusların hüquqlarının pozulması ilə bağlı təbliğat aparır. Rusiya prezidentinin təbliğat ruporu olan RT kanalı Latviyanı ruslara qarşı diskriminasiyada ittiham edir”. Jurnalın şərhində deyilir ki, bu kimi təbliğat getdikcə daha da genişlənəcək. Sonra isə Rusiya Kəşfiyyatına bağlı birliklərin agentləri Latviyanın ruslar çoxluqda olan əyalətlərində üsyanlar təşkil edib yerli idarəçliyin binalarını zəbt edirlər. Eyni vaxta Rusiya ilə Latviyanın sərhəddində “çoxdan planlaşdırılmış hərbi təlimlər”ə start verilir. Ukraynada olduğu kimi bu dəfə də Litvaya könüllülər göndərilir. Litva polisi və əsgərləri ilə atışmalar başlayır.
“Getdikcə ölüb-itənlərin sayı artır. Təbii ki, Latviya NATO-nün
üzvü olduğundan təşkilatın nizamnaməsində olan 5-cü maddənin
tətbiqini tələb edir. Belə olduqda NATO və ABŞ nə edəcək? Bu sualın
cavabı bəlli deyil. Böyük ehtimalla NATO həmən hərəkətə keçməyəcək.
Düşünəcəklər ki, bəlkə də ötüşdü”. Jurnal qeyd edir ki, belə bir
məqamda prezident Putin yenidən “sülh təşəbbüsü” ilə çıxış edəcək.
Latviyada aranı qarışdırmaq təxminən Şotlandiyada referendum
keçirmək kimi bir şeydir. Ancaq burada nəticələr tam əksinə
hesablanıb. Bir də ki, balaca bir ölkədə baş verən xaotik vətəndaş
müharibəsinə görə dünyanı ayağa qaldırmağa dəyməz ki. Heç həmin
ölkəni xəritədə də tapmaq o qədər də asan deyil.
Nəticə nə ola bilər? Bütün dünya görəcək ki, Putin NATO-nu ələ
saldı və bu NATO deyilən təşkilat içi boş nağara kimi bir şeymiş.
Putin isə çardır. Kimi cəzalandırmaq lazımdır, kimə isə mükafat
verilməlidir, bu kimi işlərə çar Putin baxır.
İŞİD də, Putin də bizə eyni şeyi öyrədir: “Əgər Qərb qalib gəlmək istəyirsə o, dərhal hərəkətə keçməlidir. Düşünün ki, İŞİD-i bir neçə yüz nəfərlik bandit dəstəsi olanda məhv etmək necə də asan olardı. İndi isə İŞİD nəhəg ərazilərə nəzarət edir, on minlərlə döyüşçüsü var. Putini də durdurmaq olardı. Bunun üçün o, Krımı ilhaq edəndə Qərb özünü qabağa verməli idi. Məhz həmin vaxt Polşaya və Kiyevə NATO-nun silahlı qüvvələri yeridilməli idi. Biz təklif etdiyimiz bu ssenarini elə indi götür-qoy etmək lazımdır. Çünki az sonra çox gec ola bilər”.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO