“The American Interest”: “Həqiqətənmi, Rusiya NATO-nun uydurma olduğuna inanır?”
Bizi izləyin

Dünya

“The American Interest”: “Həqiqətənmi, Rusiya NATO-nun uydurma olduğuna inanır?”

Son vaxtlar Qərb mediasında Rusiya qırıcılarının NATO-ya üzv ölkələrinin hava məkanını pozması barədə xəbərlər xeyli artıb.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın “The American Interest” qəzeti Ukraynanın şərqində atəşkəsin əldə olunmasına baxmayaraq, Moskvanın regionda provokasiyalarını dayandırmadığını yazıb.

Qəzet yazır ki, Rusiya hərbi təyyarələri əvvəllər də pozduğu Baltikyanı ölkələrin hava məkanına son vaxtlar müdaxiləni dəfələrlə artırıb. Belə ki, ilin əvvəlindən NATO qırıcıları Litva sərhədində 68 dəfə həyəcan üzrə havaya qaldırılıb. Bu Litvanın NATO-ya üzv olduğu dövrdə ən yüksək göstəricidir.

Latviya hava məkanına isə Rusiya hərbi təyyarələri 150 dəfə yaxınlaşıb. Estoniya hakimiyyəti isə bildirir ki, ilin əvvəlindən Rusiyanın təyyarələri ölkənin hava sərhədini beş dəfə pozub. Halbuki keçən səkkiz il ərzində analoji hadisə iki dəfə baş verib.

Baltikyanı ölkələr Ukraynadan fərqli olaraq NATO üzvləridir. Amma Estoniya, Latviya və Litvada etnik rusların əhəmiyyətli sayının olması təhlükənin böyük olduğunun göstəricisidir. Vladimir Putin administrasiyası artıq Baltikyanı ölkələrdə rus dilinin daşıyıcılarının üsyanını dəstəkləməyə hazır olduğunu nümayiş etdirib. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Riqada rusdilli auditoriyaya bildirdi ki, əgər rus dilinə hansısa təhdid olarsa, Rusiya onlara ciddi dəstək göstərəcək.

“Həqiqətənmi, Rusiya lideri inanır ki, NATO əslində yalnız uydurmadır və ittifaq sadəcə gözləyəcək? Ümid edirik ki, yaxınlaşan təhlükə Qərb siyasətçiləri və strateqlərə sakit yatmağa imkan verməyəcək”, - deyə “The American Interest” sonda qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm