Abdullah Gül vəsiyyətini açıqladı
Bizi izləyin

Dünya

Abdullah Gül vəsiyyətini açıqladı

Türkiyənin sabiq Prezidenti Abdullah Gül vəsiyyətini açıqlayaraq, ölkənin Kayseri şəhərində dəfn edilməsini istəyib. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Kayseri bələdiyyəsinin başçısı Mehmet Özhaseki bildirib.

M.Özhaseki deyib ki, Kayseri A.Gülün ata yurdu olduğu üçün o, burada dəfn edilməsini istəyib.

Bələdiyyə başçısı onu da qeyd edib ki, sabiq Prezidentin vəsiyyətindən sonra bələdiyyənin qərarı ilə şəhərdə dövlət qəbiristanlığı salınacaq.

Türkiyənin 11-ci Prezidenti A.Gülün səlahiyyəti bu il avqustun 28-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm