Vladimir Putin: “Bu rejimi dəyişdirməyə hazırlaşmırıq”
Bizi izləyin

Dünya

Vladimir Putin: “Bu rejimi dəyişdirməyə hazırlaşmırıq”

“Xəzər dənizinin akvatoriyasının çox hissəsi Xəzəryanı dövlətlərin ümumi istifadəsində qalacaq. Xəzər dənizində silahlı qüvvələrə malik olmaq hüququna xüsusi olaraq sahilboyu ölkələr sahibdir”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri IV Xəzər sammitinin nəticələrindən danışan Rusiya Federasiyası prezidenti Vladimir Putin deyib.

“Danışıqların nəticəsi olaraq su səthi və su dibinin bölünməsi, həmçinin gəmiçilik və balıqçılıq haqqında ümumi fikrə gəlməyi bacardıq. Olduqca əhəmiyyətlidir ki, Xəzərin akvatoriyasının çox hissəsi tərəflərin ümumi istifadəsində qalacaq. Bütün bunların sayəsində dövlətlərarası münasibətlərdə anlaşılmazlıqlar və ya hansısa bir gərginlik istisna edilir. Hansı ki, əvvəllər bu cür hallar baş verirdi”, - deyə V.Putin vurğulayıb.

Onun sözlərinə görə, uyğunlaşdırılan bəyanatda həmçinin sabitlik və təhlükəsizliyinin təminatı üçün əsaslardan biri möhkəmləndirilib: “Xəzər dənizində silahlı qüvvələrə malik olmaq hüququna xüsusi olaraq sahilboyu ölkələr sahibdir. Belə bir rejim burada tarixən yaranıb və biz onu dəyişdirməyə hazırlaşmırıq”.

Rusiya prezidenti vurğulayıb ki, Xəzər dənizində təhlükəsizlik haqqında məsələnin bəyanata daxil edilməsi ölkələrə əməkdaşlığı aktivləşdirməyə imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm