Jurnalist xanımlar yatağa girmək istəmədi
Bizi izləyin

Dünya

Jurnalist xanımlar yatağa girmək istəmədi

Türkiyə mətbuatının tanınmış yazarlarından olan Ayşe Armanın Azərbaycanda da kifayət qədər oxucusu var.

Tabloid.az xəbər verir ki, “Hürriyət” qəzetinin köşə yazarı bir sıra maraqlı layihələri ilə diqqət çəkməkdədir. Onun müxtəlif peşə sahələrindən olan bir çox məşhur qadınlarla yataqda etdiyi müsahibələr diqqət çəkir, maraqla oxunur.

O, layihəsinin növbəti buraxılışında daha da irəli gedib. İlk dəfə müsahibə üçün yatağa kişi ilə girib. Ayşe Arman bu dəfə dünyada məşhur ayaqqabı dizayneri Kristian Loubuteni yatağına salıb.

“Seksual yazar” kimi tanınan Ayşenin bu layihəsi Türkiyədə heç də birmənalı qarşılanmır. Amma oxunur…

Maraqlıdır, görəsən, bizdə analoji layihə ilə çıxış etmək istəyən yazarlar var? Yaxud, sözügedən layihəni reallaşdırmaq üçün cəsarət lazımdır, yoxsa bunu oxucu kütləsi qəbul etməz?

Suallarımızı “Üç nöqtə” qəzetinin baş redaktoru, “Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyevaya, şairə-yazar Sevinc Çılğına və tanınmış jurnalist İlhamiyyə Rzaya ünvanladıq.

Ayşe Armanın sözügedən layihəsindən xəbərsiz olan tanınmış xanımlar - X.Baxşəliyeva ilə S.Çılğın sözügedən layihənin eynisini təqdim etmək bir yana, bunu normal hal kimi dəyərləndirmədilər. Onlar bu tip layihələrin onlara yaxından və ya uzaqdan əlaqəsinin olmadığını dedilər.

İlhamiyyə Rza isə layihə ilə bağlı oxucu mövqeyini bildirdi:

“Mən Ayşe Armanın bir sıra yazılarını oxumuşam. Bu qadın qələminin gücü ilə o qədər oxucu qazanıb ki… Məncə, bu epotaj layihəsi ilə əlavə oxucu toplamağa dəyməzdi. Zənnimcə, bununla onun oxucu dairəsi genişlənsə belə, bu, keyfiyyətcə fərqli oxucudur. Adətən, dünya praktikasında bir qədər fərqli ardıcıllıqla bu üsullardan istifadə olunur. Yəni müəllif əvvəl qalmaqallı, epotaj layihələrlərlə gündəmə gəlir. Sonra isə əsas mesajlarını, əsərlərini cəmiyyətə təqdim edir. Ayşe Armanda isə bu ardıcıllıq pozulub. Bilmirəm ki, inkişafdır, ya deqradasiya, amma müəllif hələ də maraqla oxunursa, qələmində geri çəkilmələr müşahidə olunmursa, buna rəngarənglik demək olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm