• USD 1,7201 0,00% EUR 1,8691 +0,20%
    • GBP 2,1619 +0,32% RUB 0,0303 +0,33%

AŞPA tribunasından SOS: “Krımdan Ukraynaya hücum hazırlanır” - VİDEO

  • Dünya
  • 2 Oktyabr 2014 11:18
  • 566 Baxış
AŞPA tribunasından SOS: “Krımdan Ukraynaya hücum hazırlanır” - VİDEO

Rusiya tərəfindən işğal olunan Krım yarımadası ərazisindən Ukraynaya hücum haqqında açıq danışıqlar aparılır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Rada üzvü, Krım tatarlarının lideri Mustafa Cəmilov bildirib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iclasında çıxış edən Ali Rada üzvü Ukraynaya müdaxilənin hazırlandığını avropalı parlamentarilərin diqqətinə çatdırıb.

“Krım ərazisində Rusiya hərbi güclərinin böyük toplanması müşahidə olunur və yarımada ərazisindən Ukraynanın əsas hissəsinə qarşı hərbi hərəkətlərin sürətlə başlanması haqqında açıq danışıqlar aparılır. Yarımada ərazisində “Krım özünümüdafiə qüvvələr"in siyahıları təşkil edilir”.

M.Cəmilovun sözlərinə görə, Ukraynaya yarımada ərazisindən hərbi hərəkətlərə başlamaq üçün ilk növbədə Krımda “beşinci kolon”un məhv edilməsinə hazırlıq gedir. Ali Rada üzvünün fikrincə, Moskva Krımın Rusiyaya birləşməsinin qanuniliyini tanımayan Krım tatarlarını "beşinci kolon” hesab edir.

“Krım tatarları təkrar deportasiya və soyqırım təhlükəsi qarşısındadır” deyən M.Cəmilov ümid etdiyini bildirib ki, dünya ictimaiyyəti Rusiyanın hərəkətlərinin dayandırılması üçün addımlar atacaq: “Ümid edirik ki, dünya ictimaiyyəti və Avropa Şurası bu cinayətləri dayandırmaq və Krımın qanunsuz işğaldan azad edilməsi üçün lazımi addımlar atacaq”.

Bir müddət əvvəl isə Krım Tatar Məclisinin sədri Refat Çubarov bildirmişdi ki, Rusiya iyirmi birinci əsrdə “Tatarlarsız Krım” doktrinasını dirçəldir.

O bildirib ki, işğal edilmiş Krımda tatarların təhlükəsizliyini hədələyən repressiyaların miqyası artır. R.Çubarov hesab edir ki, Krım hakimiyyəti Krım Tatar Məclisinin milli institutlarını məhv etmək istəyir.

“Yarımadanın işğalına qarşı çıxan yerli xalq hazırda ən zəif qrup olub. De-fakto Krım hakimiyyəti irqi, etnik və dini əlamətlər üzrə Krım tatarları barəsində sistem diskriminasiyası siyasəti aparır. Krım tatarlarına qarşı repressiyaların miqyası böyüyüb, onlar oğurlanır, evlərində, məscidlərdə, mədrəsələrdə, Krım Tatar Məclisinin ofislərində kütləvi axtarışlar aparılır”, - Krım Tatar Məclisinin sədri bildirib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR