Dünya
İŞİD-dən uşaq istismarı ilə bağlı daha bir VİDEO
“Xilafət mücahidlərinin və şəhidlərinin uşaqları”. İŞİD-in uşaq istismarlarının göstərildiyi video belə adlanır.
Publika.az xəbər verir ki, vəhhabilərdən ibarət İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı “Youtube” videopaylaşım saytında uşaqlarla əlaqədar yeni bir video yayımlayıb. Belə ki, videoda uşaqlar “mücahidlər” üçün mahnı oxuyur, daha sonra camaat namazı qılırlar. Bundan əlavə, videoda İslam təqvimi ilə 634-cü ildə I xəlifə Əbu Bəkrin vəfatından sonra hakimiyyətə gələn Ömər ibn Xəttabdan da sitatlar gətirilir. 46-cı saniyədə uşaqların hovuzda çimməyi qeydə alınan videodakı alt yazıda Ömər İbn Xəttabın müəllif olduğu iddia edilən "bütün uşaqlara üzməyi və at sürməyi öyrədin" sitatına yer verilib. Daha sonra 5-6 yaşlarında olan uşaqlara “Kalaşnikov” markalı avtomatdan atəş açmaq öyrədilir və bu görüntülərdə isə yenə Ömər ibn Xəttabın dediyi iddia olunan “Uşaqlarınıza atıcılığı öyrədin. Bu, sizin üçün yaxşı əyləncə ola bilər" sitatı gətirilir.
Beləliklə bundan öncə təqdim etdiyimiz videodan və bu videodan da məlum olur ki, İŞİD terror təşkilatı ABŞ-ın onlara qarşı yaratdığı beynəlxalq koalisiya qüvvələri ilə döyüşdə uşaqlardan da istifadə edəcək.
Vüsal Tağı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər