Dünya
Dünya ölkələrində Qurban bayramı - FOTOLAR
Müsəlmanların, yardımlaşma- müqqədəs bayramı olan Qurban bayramı dünyanın müxətəlif ölkələrində qeyd olunub. Modern.az dünya ölkələrində müsəlmanların Qurban bayramını necə qeyd etməsini araşdırıb.
Dünya ölkələri arasında Avstraliya bayrama ilk qeyd edən ölkələr sırasındadır. Sübh açılan kimi Avstraliyada olan müsəlmanlar bayram namazı üçün məscidlərə gediblər.
Tez-tez İraq Şam İslam Dövləti ( İŞİD) teror təşkilatının bombalarına məruz qalan İraqın Kərkük şəhərində bayramı sakit rahat keçirmək üçün ciddi mühafizə sistemi təşkil olunub. Məhz bunun nəticəsidir ki, Kərkük camaatı bayramı insan qanı tökülmədən qeyd ediblər.
Qeyd edək ki, Kərkükdə qurbanlıq qoyunlar şəhərin ətrafında müəyyən olunmuş yerlərdə kəsilib. Bu şəhərdə böyükbaş qurbanlıqlar 1500 -2000 dollara, kiçikbaş qurbanlıqlar isə 200-250 dollara satılıb.
Suriya bu il də Qurban bayramını sevinclə qarşılaya bilməyib. Belə ki, bayramın ilk saatlarında Əsəd ordusu Hələbə qarşı hava hücumlarına keçib. Saatlarla davam edən döyüşdə, həmçinin zəhərli qaz bombalarından da istifadə olunub. Atışma yalnız sübh tezdən bir az səngiyib. Bundan istifadə edən suriyalılar məscidlərdə bayram namazı qılıb, bir-birlərini təbrik ediblər.
Suriya küçələri “Azad Suriya” bayrağı ilə bəzənib. Daha sonra suriyalılar qəbiristanlıqlara gedərək, yaxınlarını ziyarət edib, imkanı olan şəxslər isə qurban kəsiblər.
Almaniyada müsəlmanlar bayramı böyük coşqu ilə qeyd ediblər.
Berlində və digər şəhərlərdə müsəlmanlar namaz qılmaq üçün məscidlərə axın ediblər.
Müsəlmanlar bayram namazından sonra qucaqlaşaraq bir-birilərini təbrik ediblər .
İndoneziyada müsəlmanlar sübh tezdən bayram namazı üçün məscidlərə axın ediblər.
Qazaxıstanın paytaxtı Astanada isə müsəlmanlar sübh tezdən “ Sultan “ məscidində bayram namazı qılıblar. Qırğızıstanın paytaxtı Bişkekdə güclü yağış yağmasına baxmayaraq müsəlmanlar prezidentin binasının önündəki meydana toplaşaraq bayram namazını qılıblar.
İtaliyanın Modena şəhərində isə bayram namazı üçün müsəlmanlar “ Ulu “ məscidə axın ediblər.
Bolqarıstanın paytaxtı Sofiyada müsəlmanlar yeganə “Banya başı” məscidində bayram namazı qılıblar. Təmiri hələ davam edən məscidə sığmayan əhali məscidin səkilərində namaz qılıblar.
Yunanıstanın paytaxtı Afinada məscid olmadığı üçün müsəlmanlar özəl yerlərdə bayram namazı qılmaq məcburiyyətində qalıblar.
Xatırladaq ki, Avropa Birliyində məscid olmayan yeganə ölkə Yunanıstandır. Yunan-Ərəb təhsil və mədəniyyət mərkəzi tərəfindən qapalı spor salonlarında uşaqlı əhalinin namaz qılması üçün şərait yaradılıb.
Qurban Bayramını fələstinlilər yaxınlarını qəbirstanlıqda ziyarət etməklə qeyd ediblər.
Rusiyanın Sankt- Peterburq şəhərində müsəlmanlar bayram namazı üçün “Sankt-Peterburq” məscidinə axın ediblər. Məsciddə yer tapa bilməyən müsəlmanlar məscidin baxçasında bayram namazı qılmalı olublar .
Modern.az
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi