"Qızıl saqqal" Kobanidə
Bizi izləyin

Dünya

"Qızıl saqqal" Kobanidə

İŞİD-in Kobani şəhərinə etdiyi hücumlara “Çeçen” ləqəbli komandir rəhbərlik edir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kürd gücləri onun saldığı Ömər Əl-Şişani olduğunu bildirir.

Suriyaya gəldikdən sonra Əbu Ömər əl-Şişani adını alan “Çeçen” 1986-ci ildə Gürcüstanda doğulub. Şişani İŞİD-in Suriyadakı komandiri olaraq tanınır.

Qeyd edək ki, sentyabrın 24-də ABŞ Maliyyə Nazirliyi beynəlxalq terrorizmin 11 əsas fiqurunun adlarını açıqlayıb. Siyahıda haqqında 4 dəfə öldüyü xəbəri yayılan Ömər Əl-Şişaninin də adı yer alır. ABŞ-ın belə bir rəsmi siyahı yayması Əl-Şişaninin ölümü ilə bağlı yayılan xəbərlərin yalan olduğunu təsdiq edir.

ABŞ-ın "beynəlxalq terrorçular" siyahısına saldığı Ömər Əl-Şişani Çeçenistan lideri Ramzan Kadırovun başına pul qoyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm