Dünya
İsveç Fələstinin müstəqilliyini tanıdı
İsveç hökuməti Fələstini suveren dövlət kimi tanıyıb.
Publika.az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə
İsveçin baş naziri Stefan Löven bildirib.
O qeyd edib ki, İsraillə Fələstin arasındakı münaqişənin həlli
yolu hər iki dövlətin tanınmasından keçir: “Qərar qəbul olunmalı və
beynəlxalq hüquq normalı çərçivəsində razılaşdırılmalıdır. Bu qərar
hər iki ölkənin sülh şəraitində yaşamasına gətirib çıxarmalıdır.
Məhz buna görə İsveç Fələstini dövlət kimi tanıyır”.
Öz növbəsində İsrail hökuməti S.Lövenin bəyanatından narazılıq ifadə edib. İsrailin xarici işlər naziri Aviqdor Libermanın bəyanatında deyilir ki, İsveç hökumətinin başçısı Fələstini suveren dövlət kimi tanımaqla bağlı açıqlama verərkən “tələskənliyə yol verib”: “Bəyanatı verməzdən öncə bu məsələ ilə yaxından tanış olmaq daha yaxşı olardı”.
İsrail XİN-in nümayəndəsi Emmanuel Naşon isə bildirib ki, İsveçin
bu ölkədəki səfiri Maqnus Nesser bu gün nazirliyə dəvət
olunacaq.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki də
İsveçin baş nazirinin bəyanatından narazılıq ifadə edib.
İsveçin xarici işlər naziri Marqo Valström isə bildirib ki, ölkəsinin xarici siyasəti ABŞ-dan asılı deyil.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ