60 hindlini ildırım vurdu: 11 ölü
Bizi izləyin

Dünya

60 hindlini ildırım vurdu: 11 ölü

Kolumbiyanın şimalında hindlilərin yaşadığı bölgədə ildırım vurması nəticəsində təxminən 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə bazar ertəsi gecə Magdalenada baş verib. Təxminən 60 nəfər hindlinin ənənəvi milli ayinləri icra etdiyi binaya ildırım düşüb. Rəsmi şəxslər qurbanların sayını dəqiqləşdirməyə çalışırlar. Yaralılardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir. Hindlilərin məskunlaşdığı bölgənin həddən artıq uzaq olması xilasetmə işlərini çətinləşdirir. Əraziyə helikopter göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm