İŞİD 2 min terrorçu ilə Kobaniyə girdi – Fotolar
Bizi izləyin

Dünya

İŞİD 2 min terrorçu ilə Kobaniyə girdi – Fotolar

İŞİD üç həftəlik hücumlardan sonra Suriyanın şimalında yerləşən Kobaniyə girib.

Axar.az xəbər verir ki, terrorçular qarşılarına çıxan hər şeyi məhv edərək irəliləməkdə davam edir.
Kürd ordu qüvvələrinin verdiyi məlumata görə, xalq müdafiə birlikləri (YPG) ilə terrorçular arasında küçə savaşı gedir.

Verilən məlumatlara görə terrorçuların yeni qırğınlar törədəcəyi gözlənilir. Belə ki, işğal olunmuş onlarla qəsəbə var ki, orada yaşayan insanlar hücumdan öncə bölgəni tərk etməyib.

ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri Kobanidə terrorçulara havadan zərbə endirsə də bu, terrorçuların irəliləməsinə mane olmayıb.

Kobaninin işğalından sonra Türkiyə sərhəddə mövqelərini gücləndirib. Sərhəd boyu yaradılan istehkamlar, bölgəyə gətirilən ağır artilleriya terrorçuların hücumuna qarşı hesablanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm