Mitinqə görə SMS ləğv olundu
Bizi izləyin

Dünya

Mitinqə görə SMS ləğv olundu

Tacikistanın mobil operatorları paytaxt Düşənbə sakinlərini SMS yazmaqdan məhrum ediblər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, mobil operatorlar bu addımı hökumətin təzyiqlərindən sonra atıblar.

Mövcud iqtidar müxalifətin 10 oktyabr tarixinə təyin etdiyi mitinqdən təşvişə düşüblər.

Hökumət SMS-i ləğv etməklə mitinq iştirakçılarının bir-birlərinə qısa mesaj göndərmələrini əngəlləmək niyyəti güdüb.

Qeyd edək ki, mitinqin təşkilatçısı “Qrup 24” adlanan müxalif təşkilatdı. Tacikistan Respublikası Ali Məhkəməsi oktyabrın 9-da “Qrup 24”-ü ekstremist təşkilat hesab etmək haqda qərar çıxarıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm