• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İsraili ekspert Kiyevə “Divar”la bağlı təklif verdi

  • Dünya
  • 11 Oktyabr 2014 10:35
  • 470 Baxış
İsraili ekspert Kiyevə “Divar”la bağlı təklif verdi

İsrail eksperti Ukrayna-Rusiya sərhədində divarın inşası ilə bağlı təklif səsləndirib.

Publika.az-ın verdiyi xəbərə görə, israilli hərbi-siyasi eksperti Yakov Kedmini “112 Ukrayna” telekanalının efirində sərhədin yalnız divarla deyil, həm də elektron maneələrlə ayrılmalı olduğunu deyib.

Onun sözlərinə görə, bunun üçün sərhədin xidməti üzrə yüksək kapital qoyuluşları və səlahiyyətli mütəxəssislər lazımdır. “Bu yalnız divar olmamalıdır, hər şeydən əvvəl elektron müdafiə, rəqibin manevrləri haqqında xəbərdarlıq sistemi qurulmalıdır”, - deyə Kedmi qeyd edib.

Ukrayna-Rusiya sərhədinin ümumi uzunluğu 2,3 min kilometrdir. Ukraynanın şərqindəki problemi həll etmək sərhədin şəffaflıq vəziyyətinə görə mümkün deyil. Ukrayna hakimiyyəti muzdlular və Rusiya hərbçilərinin, həmçinin hərbi texnikanın Rusiya-Ukrayna sərhədini asanlıqla keçdiyini iddia edir.

Ukrayna hakimiyyətinin planına görə, divar ilk mərhələdə Çerniqov, Sumsk və Xarkov ərazilərində, Krımla inzibati sərhəddə, həmçinin Donetsk, Zaporojye və Herson vilayətlərinin Azov dənizinin sahili ilə tikiləcək. Luqansk və Donetsk vilayətlərinin təxminən 400 kilometrlik sərhədi isə separatçıların nəzarəti altındadır. Həmin ərazilərdə isə divarın daha sonra tikilməsi planlaşdırılır, lakin konkret tarix açıqlanmır. Layihədə tikanlı məftillər, müşahidə qüllələri, infra-qırmızı videokameralar və tank əleyhinə xəndəklər nəzərdə tutulub.

“Divar” adını alan layihənin altı ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Ukrayna prezidentinin söylədiyi kimi “Divar”ın müasir güclü müdafiə kompleksinə çevrilməsinə gəlincə, ekspertlər hesab edir ki, bu çox bahalı bir layihə ola bilər. Ekspertlər qeyd edir ki, İsraildə tətbiq edilən prinsiplər üzrə Rusiya ilə sərhəddə divarın inşası üçün 4 milyard dollar lazımdır.

Rusiya isə divarın tikintisindən sonra Rusiya və Ukrayna arasında hər hansı münasibətləri bərpa etməyin qeyri-mümkün olacağını bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR