ABŞ Kobaniyə 6 hava zərbəsi endirdi
Bizi izləyin

Dünya

ABŞ Kobaniyə 6 hava zərbəsi endirdi

ABŞ Hərbi Hava Qüvvələri bu gün Suriyanın artıq üç həftədən çoxdur ki, İŞİD-çilərin mühasirəsində olan Kobani (Eyn-əl-Ərəb) şəhərinə altı hava zərbsi endirib.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, hərbçilərin hədəfi terrorçuların nəqliyyat vasitələri və canlı qüvvələri olub.

ABŞ komandanlığının bəyanatında qeyd edilir ki, Suriya və Türkiyə sərhədlərindəki terrorçu qruplaşmalara zərbələr endirməklə yanaşı, İraq təhlükəsizlik qüvvələrinə hərbi sursatlar da verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm