Bağdada az qaldı: İŞİD strateji bazanı ələ keçirdi
Bizi izləyin

Dünya

Bağdada az qaldı: İŞİD strateji bazanı ələ keçirdi

İŞİD terror qruplaşması İraqda daha bir strateji nöqtəni ələ keçirərək paytaxt Bağdada bir qədər də yaxınlaşıb.

Publika.az-ın verdiyi xəbərə görə, “Al Jazeera” İraq ordusunun Anbar vilayətində strateji əhəmiyyətə sahib hərbi bazanı İŞİD-lə döyüşlərdən sonra tərk etdiyini bildirib.

Anbar vilayətinin Hit şəhəri yaxınlığındakı hərbi baza İSİD-in əlinə keçib. Ramadi şəhərinin qərbində olan hərbi baza bölgədən keçən strateji yolların kəsişdiyi nöqtədə yerləşir.

“Al Jazeera”nın xəbərinə görə, İŞİD strateji əhəmiyyəti yüksək bu bazada çoxlu sayda hərbi texnika, silah və sursatı ələ keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm