İŞİD-in pilotları ilk uçuşlarını həyata keçirdi
Bizi izləyin

Dünya

İŞİD-in pilotları ilk uçuşlarını həyata keçirdi

Suriya və İraqda geniş ərazilərə nəzarət edən “İslam Dövlət” (İŞİD) terror qruplaşması “Hərbi Hava Qüvvələri”ni təqdim edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD hərbi qənimət götürdüyü təyyarələrin ilk uçuşunu həyata keçirib.

Məlumata görə, terror qruplaşmasının əlində üç təyyarə var. İŞİD-in üzvlərinə təyyarələri idarə etməyi İraqdan Suriyaya gələn ekstremistlər öyrədib. Qeyd olunur ki, terror qruplaşmasının nəzarətində Suriya ordusunun döyüşsüz tərk etdiyi bir neçə təyyarə bazası var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm