Yaroş Putini devirməyə söz verdi: “Fərqi yoxdur, hansı silahla” – VİDEO
Bizi izləyin

Dünya

Yaroş Putini devirməyə söz verdi: “Fərqi yoxdur, hansı silahla” – VİDEO

Ukraynanın millətçi “Sağ sektor” təşkilatının lideri Dmitri Yaroş Rusiya Federasiyasının prezidenti Vladimir Putini devirəcəyinə söz verib.

Publika.az-ın verdiyi xəbərə görə, Yaroş bu barədə Lvovda keçirdiyi mətbuat konfransında Putinlə təkbətək döyüşün hipotetik nəticələri haqqında suala cavab olaraq bildirib.

“Mən əlbəttə onu devirərdim, baxmadan ki, samboçudur. Burada artıq əhəmiyyətli deyil, hansı silahla, əlbəyaxa döyüşlə, tapança, yaxud da avtomatla”, - deyə Yaroş gülərək cavab verdi.

Qeyd edək ki, Rusiya prezidenti sambo üzrə idman ustasıdır və Rusiyanın əməkdar məşqçisidir. Vladimir Putin məktəb yaşlarından bu idman növü ilə məşğul olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm