
Türkiyənin Suriya ilə qonşu olan Akçakale mahalının sərhədə yaxın ərazilərində xəndəklər qazılmağa başlanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akçakale Gomrük Qapısı yaxınlığına qazılan xəndəyin eni 2, dərinliyi isə 3 metrdi.
Hərbi mənbələrin yaydığı məlumata görə, xəndək qazma işləri sərhəddə təhlükəsizliyin gücləndirilməsinə, xüsusilə də qanunsuz sərhədi keçənlərlə və qaçaqmalçıqlıqla mübarizə məqsədi daşıyır.