• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Sərxoş” sürücünün “avtoş”luğu? – Üfüqdə “beşinci kolon” görünür – TƏHLİL

  • Dünya
  • 22 Oktyabr 2014 13:45
  • 1 319 Baxış
“Sərxoş” sürücünün “avtoş”luğu? – Üfüqdə “beşinci kolon” görünür – TƏHLİL

Moskvanın “Vnukovo” aeroportunda qartəmizləyən maşınla yüngül motorlu “Falcon” təyyarəsinin toqquşması nəticəsində Fransanın “Total” neft konserninin rəhbəri Marjeri de Kristofunun həlak olması “sui-qəsd nəzəriyyəsi”ni yenidən gündəmə gətirdi.

“Sərxoş” sürücünün “avtoş”luğu, yoxsa…

Ümumiyyətlə, əgər dövlət xadimləri, iri şirkət rəhbərləri və oliqarxlar hər hansı bir qəzaya uğrayırsa, burada istənilən halda qeyri-rəsmi versiyalar ortaya çıxır. Elə “Total” rəhbərinin qəzasında olduğu kimi. Rusiya mediasının yazdığına görə, hazırda hadisəni araşdıran hüquq-mühafizə orqanları dörd versiya üzərində işləyir: pilotların səhvi, dispetçerlərin səhvi, qartəmizləyən maşının sürücüsünün səhvi və pis hava şəraiti. Lakin Marjeri de Kristofunun dünyanın enerji nəhənglərindən olan bir şirkətin prezidenti olması, Qərbin Rusiyaya qarşı sanksiyaların kəskinləşdiyi bir dövrə təsadüf etməsi və hadisənin məhz Rusiyada baş verməsi ortaya əlavə - sui-qəsd versiyası ortaya çıxarır.

Qəzanın təfərrüatları barədə Rusiya mətbuatına hava limanındakı mənbənin danışdıqları da şübhələrə əsas verir.

Vnukovo hava limanında “Falkon” qartəmizləyən maşına zolağı tərk etməsi haqqında əmr verilir. Zolaq boşaldılır və qartəmizləyən maşın uçuş xəttindən kənara çıxır. Yalnız bundan sonra qüllədən "Total" neft şirkətinin prezidentinin biznes-jetinin uçmasına icazə verilir.

Təyyarə boş zolağa daxil olur və havaya qalxmaq üçün lazım olan sürəti yığdığı anda heç bir əmr almadan, qartəmizləyən maşın hava gəmisinin yoluna çıxır. Uçuşu dayandırmaq artıq gec idi. “Falkon”un əyləcini sıxmağın heç bir işə yaramayacağını düşünən pilot havaya qalxmağa qərar verir. Amma faydası olmur. İki zolağın kəsişməsində təyyarənin ön şassisi qartəmizləyən maşına çırpılır. “Total” prezidenti də daxil olmaqla təyyarədəki 4 nəfər həlak olur.

“Falkon”un heç bir göstəriş və bəlkə də, heç bir ehtiyac olmadan uçuş xəttinə qayıtması deyildiyi kimi “sərxoş”luğunu nəticəsi ola bilərdimi? İnandırıcı deyil. Yeri gəlmişkən, mənbə qartəmizləyən maşının sürücüsünün sərxoş olması deyilir.

Putin niyə günahsızdır?

Əgər söhbət sui-qəsddən gedirsə, bunu kimin edə biləcəyi barədə sual ortaya çıxır. Və söhbət “Total” kimi dünya enerji nəhənginin rəhbərindən gedirsə, sui-qəsdin arxasında strategi məqsədlərin dayandığı şübhəsizdir.

Rusiya hazırda Qərbin ağır sanksiyaları ilə mübarizə mübarizə aparır. Sanksiyaların tətbiq olduğu sektorlardan biri də Rusiyanın can damarı sayılan enerji sektorudur. “Total” kimi bir enerji şirkətin rəhbərliyinin sanksiyalara qarşı çıxması Rusiya rəhbərliyini yanlız razı sala bilərdi. "Rusiyada Qərbin partnyorudur. Biz hesab etmirik ki, Rusiya qlobal iqtisadi və siyasi proseslərdən təcrid olunmalıdır. Mən tamamilə əminəm ki, açıq siyasət bizə keçmişdəki maneələrin öhdəsindən birgə gəlməyə imkan verəcək”, - deyə Moskvada xarici investisiyalar üzrə keçirilən toplantıda çıxış edən Marjeri de Kristofu bildirib.

Rusiya prezidenti Vladimir Putinin özü də Kristofunun ölümü ilə bağlı açıqlamasında Rusiyanın böyük dostunu itirdiyini bildirib. Kreml rəhbərliyinin Rusiyanın Qərbdəki barmaqla sayıla biləcək dostlarından birini aradan götürmək istədiyinə inanmaq çətindir. Bəs kim?

Üfüqdə “beşinci kolon” görünür

“Total” prezidentinə mümkün sui-qəsdin arxasında Qərbin dolayısı, Qərb tərəfindən idarə olunan “beşinci kolon”un dayanması ehtimalı daha yüksəkdir. Şirkət prezidentinin sanksiyalara qarşı çıxması nə Qərbi, nə də Putinin sanksiyalardan yarımcan hala düşməsini istəyən “beşinci kolon”un maraqlarına cavab verə biməzdi.

Kreml isə təhlükənin fərqindədir və “beşinci kolon”un ləğv edilməsi üçün ciddi şəkildə çalışır. Özü də bu proses ilin əvvəlindən – Ukrayna böhranının kəskin şəkil almasından sonra daha da intensivləşib. Atılan addımlardan da görünür ki, Putin öz idarəçilik aparatının daxilində "liberal" ovuna çıxıb. Hələ də Rusiyanın ən böyük problemi olan liberal və Qərbə meylli dövlət oliqarxlarından ibarət "beşinci kolon" Kremlin siyasətinə təsir göstərməkdə davam edir. Bu "kolonu" məhv etmək üçün ilk olaraq media-holdinqlərdən başlayan Putin, "liberal oliqarxiyanın" nəzarətində olan media-orqanlarını öz əlinə keçirməyə başlayıb. Bu istiqamətdə son addımlardan biri isə Vahid Rusiya” Partiyasından keçmiş deputat, məşhur gymnast, Putinin sevgilisi kimi tanınan Alina Kabayevanın “Milli Media Qrup”un direktorlar şurasının sədr vəzifəsini tutması oldu. Qeyd edək ki, “Milli Media Qrup” Rusiyanın ən böyük media holdinqlərindən biridir.

Son olaraq “Runet”i özünə yaxın biznesmenlər tərəfindən satın aldıraraq nəzarətinə keçirən Putin, kosmik rabitə və intermet sahəsində Qərbdən asılılığını da aradan qaldırmaq üçün var gücü ilə mübarizə aparır. Hələlik "beşinci kolonun" axırına çıxmaq Putinə müəssər olmasa da, Yeltsin dövründən fərqli olaraq hazırda bu "kolonla" mübarizə aparmaq və ona müqavimət göstərmək üçün kifayət qədər güc toplaya bilib. Ukrayna hadisələri fonunda Qərbin artan təzyiqlərinə davam gətirəcəyi sual aktında olan Kreml hələ ki, öz oyununu qətiyyətlə oynayır. Rusiyanın ən zəif nöqtələrindən biri olan Şimali Qafqazın bu dəfə də Qərbin xüsusi-xidmət orqanlarının diqqət mərkəzinə çevrilməsi Putini bu bölgədə Kremlin hərbi varlığını artırmağa vadar edir. Yüksək postlara keçmiş generallar, xüsusi xidmət orqanlarında böyük vəzifələr tutmuş kadrlar gətirilir. Kənardan baxarkən bu proseslər Rusiyanın dünya müharibəsinə hazırlaşdığı təsəvvürünü yaradır. Geosiyasi qarşıdurmanın bütün iştirakçıları son zamanlar ancaq gücün dili ilə danışırlar. Bu, diplomatiyanın sözünün bitdiyi mənasına gəlir və dünyamızın böyük fəlakətlər qarşısında olduğundan xəbər verir. Hadisələr isə hər gün qızışır, getdikcə lokal konfliktlər yeni əraziləri əhatə edir və daha böyük coğrafiyaya yayılır. Geosiyasi maraqların toqquşmalarda isə “beşinci kolon”lar həmişə önəmli yerlərdən birini tutur.

Rusiyalı ekspertlər hesab edirlər ki, “beşinci kolon”un Putinə qarşı atdığı addımlar silsilə xarakter daşıyır və “Total”ın prezidentinə qarşı mümkün sui-qəsd bu baxımdan ilk deyil. Belə ki, 2010-cu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinskinin də içində olduğu “TU-154” markalı təyyarənin Smolenskdə “qəza”ya uğramasını da “beşinci kolon”un ayağına yazırlar. Qəza nəticəsində Polşa prezidenti və bir sıra hökumət üzvləri olmaqla 87 nəfər həlak olmuşdu. Düzdür, həmin il Putin baş nazir idi. Amma ölkənin əsl sahibinin kim olduğunu və Putinin 2012-ci ildə Kremlə qayıdacağını Qərb yaxşı bilirdi. Smolensk faciəsi əslində Rusiyanın təcrid edilməsi siyasətinin tərkib hissəsi idi.

Bu tipli iknci hadisə isə “Malayziya hava yolları” şirkətinə məxsus “ Boinq-777” sərnişin təyyarəsini Donbas səmasında qəzaya uğraması idi. Separtaçıların Rusiya ilə birlikdə Kiyevi, Kiyevin isə qarşı tərəfi ittiham etməsinə baxmayaraq, üçüncü ehtimal da var: Rusiyaya qarşı “beşinci kolon” tərəfindən əvvəlcədən hazırlanan provokasiya. Bu da Rusiyanın təcrid edilməsi siyasətinin növbəti mərhələsi idi.

“Total” prezidentinə qarşı mümkün sui-qəsdlə “beşinci kolon”un əslində bir güllə ilə bir neçə hədəfi vurmuş oldu. Birincisi, göstərmiş oldu ki, Rusiya xarici şirkətlərin işləməsi üçün heç də təhlükəsiz məkan deyil və onlar heç birinin gözləmədiyi halda “qəza”ya uğraya bilərlər. İkincisi, “Total” prezidenti ilə eyni fikirdə olanlara xəbərdarlıq edildi ki, Putin və Rusiyanı bu qədər “sevmək” olmaz.

Bütün bunlar ehtimallardır, dəqiq olan odur ki, Putin çox çarəsiz görünür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR