Dünya
Timoşenko NATO-ya üzvlük barədə referendum keçirməyi təklif etdi
Ukraynanın keçmiş baş naziri, “Batkivşina” Ümumukrayna Birliyinin lideri Yuliya Timoşenko hökuməti NATO-ya üzvlüklə bağlı referendum keçirməyə çağırıb.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Timoşenko Ukraynanın NATO-ya üzvlüyü barədə referendumun parlament seçkiləri günündə keçirilməli olduğunu deyib.
Onun sözlərinə görə, dövlət başçısı Pyotr Poroşenko bu barədə qərar verməlidir. Qeyd edək ki, Ukrayna Ali Radasına növbədənkənar seçkilər 26 oktyabrda keçiriləcək.
“Bu prosesi Ümumukrayna referendumunun keçirilməsindən başlaya bilərik. Bizim komandamız NATO-ya üzvlük üçün referendumun keçirilməsi barədə ukraynalıların 3,3 milyon imzasını toplayıb”, - deyə Timoşenko referendumun keçirilməsi dəstək olaraq Ukrayna prezident administrasiyasının binası qarşısında keçirilən aksiyaya deyib.
Xatırladaq ki, Ukraynanın Nazirlər Kabineti 29 avqustda Ali Radaya ölkənin neytral statusunun ləğvi və NATO-ya üzvlük kursunun bərpası haqqında qanun layihəsini təqdim edib. Hazırda NATO-ya üzvlük məsələsində Ukraynanın qərb və şərq regionları arasında böyük ziddiyyət var. Ölkənin qərb vilayətləri üzvlüyün tərəfdarı olduğu halda, şərq vilayətləri buna müsbət yanaşmır. Ümumilikdə, ölkənin əksər hissəsi Rusiyanın təcavüzündən qorunmaq üçün yeganə çıxış yolunun məhz NATO-ya üzvlük olduğunu düşünürlər.
Ukraynanın üçüncü prezidenti Viktor Yuşenko (2005-2010) NATO-ya üzvlük kursunu götürüb, amma onun varisi Viktor Yanukoviç (2010-2014) ruspərəst siyasət apararaq bloklara qoşulmamaq xəttini qanunvericilikdə möhkəmləndirməyə nail olub.
Ömər Dağlı
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər