• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənistan Krıma uçuşları bərpa etdi

  • Dünya
  • 23 Oktyabr 2014 19:39
  • 346 Baxış
Ermənistan Krıma uçuşları bərpa etdi

“Qroznı Avia” şirkətinin Simferopol-İrəvan marşrutu noyabrın 16-dan fəaliyyətə başlayacaq.

Axar.az xəbər verir ki, bu açıqlamanı Krımın Nəqliyyat naziri Anatoli Çurkin verib. Onun sözlərinə görə, bu, Simferopola uçan ikinci beynəlxalq hava marşrutu olacaq. Bundan öncə isə İstanbul-Simferopol reysi uçuşlar həyata keçirirdi.

Uçuşlar həftədə bir dəfə olmaqla bazar günləri baş tutacaq.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC Ukraynada siyasi vəziyyətin gərginləşməsindən bir qədər sonra, mart ayından etibarən Bakı-Simferopol aviareysini ləğv edib. Qurumun mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Axar.az-a açıqlamasında Bakı-Simferopol marşrutunun bərpa olunmayacağını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR