ABŞ-a ağır ittiham: “Vaşinton silahlanma üzərində nəzarət sistemini dağıdır”
Bizi izləyin

Dünya

ABŞ-a ağır ittiham: “Vaşinton silahlanma üzərində nəzarət sistemini dağıdır”

“ABŞ-ın hərəkətləri silahlanma üzərində nəzarət sistemini dağıda bilər”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubu Soçidə keçirilən toplantısının başlanış mərasimində çıxışında deyib.

“Real perspektiv silahlanma üzərində məhdudiyyətlər və nəzarət haqqında müqavilələr sisteminin dağıdılmasıdır. Sözsüz ki, təhlükəli prosesə məhz Amerika Birləşmiş Ştatları başladı. Amerika bu gün raket əleyhinə müdafiə üzrə qlobal sisteminin yaradılmasını fəal şəkildə həyata keçirir. Hörmətli həmkarlar və dostlar, sizin diqqətinizi çəkmək istəyirəm ki, buna biz başlamadıq”, - deyə Putin bildirib.

Prezident əlavə edib ki, dünya qarşılıqlı maraqların və zəmanətlərin balansı olmadığı bir dövrə yuvarlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm